Məhkəmə qərarları › İş №2(026)-139/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-139/2022

11.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-139/2022 11.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil cavabdeh Qayıblı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə qarşı İddiaçı övladları 07 sentyabr 2005-ci il təvəllüdlü Qayıblı Tamella Cavabdeh qızına və 08 dekabr 2006-cı il təvəllüdlü Qayıblı Emiliya Cavabdeh qızına cavabdeh Qayıblı Cavabdeh razılığı olmadan ümumvətəndaş pasportlarının əldə edilməsi barədə razılıq verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil cavabdeh Qayıblı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə qarşı İddiaçı övladları 07 sentyabr 2005-ci il təvəllüdlü Qayıblı Tamella Cavabdeh qızına və 08 dekabr 2006-cı il təvəllüdlü Qayıblı Emiliya Cavabdeh qızına cavabdeh Qayıblı Cavabdeh razılığı olmadan ümumvətəndaş pasportlarının əldə edilməsi barədə razılıq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı cavabdeh Qayıblı Cavabdeh ilə 23 sentyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, rəsmi nikahdan 07 sentyabr 2005-ci il tarixdə Tamella və 08 dekabr 2006-cı il tarixdə Emiliya adlı iki uşaqları anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin qətnaməsinin 2(012)-4375/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş, övladlarının Lalənin himayəsində saxlanması qərara alınmışdır. Hazırda Lalə övladları ilə birlikdə yaşayır. Nikah pozulduqdan sonra tərəflər arasında olan anlaşılmazlıqlardan dolayı ünsiyyətləri alınmamış və onlar övladlarına aid məsələlərdə ortaq qərara gələ bilməmişlər. Tərəflərin uzun illər heç bir münasibətləri olmamışdır. Cavabdeh Qayıbli övladları ilə maraqlanmamış, aliment ödənişini uzun müddət ödəməkdən boyun qaçırmışdır. Övladlarının səhhəti, təhsili, istirahəti ilə bağlı və onun qohumlarının xarici ölkələrdə yaşadıqları üçün onları ziyarət etmək səbəbi ilə xarici ölkələrə övladlarını aparmaq məcburiyyətində qaldığından razılıq üçün Cavabdeh etibarnamə versə də, uşaqlara pasportların alınması üçün müvafiq dövlət qurumuna müraciət edildiyi zaman uşaqların atalarının razılığının olmasının mütləq olduğu qeyd edilmişdir. Lakin cavabdehin uşaqların atasının heç bir əlaqə vasitəsinin işləmədiyi, digər əlaqə vasitələrinin tapılmadığı, qeydiyyatda olduğu ünvanda yaşamadığı və cavabdehin valideynləri ilə əlaqə qurduğu zaman cavabdehin barəsində onların da uzun illərdir ki, heç bir məlumatları olmadığı bildirilmişdir. Bu səbəbdən də hazırda iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı övladları 07 sentyabr 2005-ci il təvəllüdlü Qayıblı Tamella Cavabdeh qızına və 08 dekabr 2006-cı il təvəllüdlü Qayıblı Emiliya Cavabdeh qızına cavabdeh Qayıblı Cavabdeh razılığı olmadan ümumvətəndaş pasportlarının əldə edilməsi barədə razılıq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdeh Qayıblı Cavabdeh qeydiyyatda olduğu Qobustan şəhəri, H. Əliyev prospektində ünvanına göndərilmiş məhkəmə bildirişləri Qobustan rayon poçt şöbəsi tərəfindən 12 fevral 2022-ci, 05 mart 2022-ci və 06 aprel 2022-ci il tarixlərdə cavabdehin köçdüyü və həmin ünvanda yaşamaması səbəbi ilə məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin Qobustan rayon məhkəməsinə ünvanlandığı 18 aprel 2022-ci il tarixli 018-7408- 1222 saylı məktubunda göstərilir ki, iddiaçı X1 cavabdeh Qayıblı Cavabdeh qarşı digər tələbinə dair mülki iş üzrə keçiriləcək məhkəmə iclasında işə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası DİN-in MAPS şöbəsinin 28 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Qayıblı Cavabdeh Qobustan rayonu, Qobustan şəhəri, H.Əliyev prospektində qeydiyyatdadır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 aprel 2017-ci il tarixli AZ-İ 258971 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Qayıbli Cavabdeh ilə X3 arasında olan nikah ləğv edilmişdir. Abşeron rayon VVADQ şöbəsi tərəfindən 04 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ 688419 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qayıbli Tamella Cavabdeh qızı 07 sentyabr 2005-ci il tarixdə doğulmuşdur. Atası Qayıbli Cavabdeh, anası X2r. Abşeron rayon VVADQ şöbəsi tərəfindən 18 dekabr 2008-ci il tarixdə verilmiş AZ-İİ 198046 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qayıbli Emilya Cavabdeh qızı 08 dekabr 2006-cı il tarixdə doğulmuşdur. Atası Qayıbli Cavabdeh, anası X2r. Azərbaycan Respublikası vətəndaşının AA3330796 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qayıbli Tamella Cavabdeh qızı 07 sentyabr 2005-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE 11640248 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qayıbli Emilya Cavabdeh qızı 08 dekabr 2006-cıil tarixdə doğulmuşdur. Qayıblı Cavabdeh 29 sentyabr 2010-cu il tarixdə yazdığı və Abşeron rayon iki saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 29 sentyabr 2010-cu il tarixli reyestr 7E-17- 5465 nömrə ilə təsdiq edilmiş Qayıblı Cavabdeh ərizəsində göstərilir ki, 07 sentyabr 2005-ci il tarixdə anadan olmuş övladı Qayıbli Tamella Cavabdeh qızı və 08 dekabr 2006-cıil tarixdə anadan olmuş övladı Qayıbli Emilya Cavabdeh qızının anaları X4 ilə Azərbaycan Respublikası sərhədlərindən istənilən xarici ölkəyə gedib-qayıtmasına etiraz etmir. İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə 31 yanvar 2022-ci il tarixli İŞ MŞB/4-00097 saylı arayışda göstərilir ki, arayış Qayıblı Cavabdeh İddiaçı tərəfindən təsvir edilən “ailə münasibətlərindən irəli gələn uşaqların xaricə aparılması, ümumvətəndaş pasportunun alınması tələbinə dair mübahisə” üzrə 24 yanvar 2022-ci il tarixdə 11:30 - 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini, iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Qayıblı Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən rəsmi olaraq məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Müəyyən edildi ki, İddiaçı cavabdeh Qayıblı Cavabdeh ilə 23 sentyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların rəsmi nikahdan 07 sentyabr 2005-ci il tarixdə Tamella və 08 dekabr 2006-cı il tarixdə Emiliya adlı iki uşaqları anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin qətnaməsinin 2(012)-4375/2016 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, övladlarının İddiaçı himayəsində saxlanması qərara alınmışdır. Hazırda İddiaçı övladları ilə birlikdə yaşayır. Nikah pozulduqdan sonra tərəflər arasında uzun illər heç bir münasibətləri olmamışdır. Uşaqların səhhəti, təhsili, istirahəti ilə bağlı və iddiaçının qohumlarının xarici ölkələrdə yaşadıqları üçün onları ziyarət etmək səbəbi ilə xarici ölkələrə övladlarını aparmaq üçün uşaqlara pasportların alınması üçün müvafiq dövlət qurumuna müraciət edildiyi zaman uşaqların atalarının razılığının olmasının mütləq olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qayıblı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə qarşı İddiaçı övladları 07 sentyabr 2005-ci il təvəllüdlü Qayıblı Tamella Cavabdeh qızına və 08 dekabr 2006-cı il təvəllüdlü Qayıblı Emiliya Cavabdeh qızına cavabdeh Qayıblı Cavabdeh razılığı olmadan ümumvətəndaş pasportlarının əldə edilməsi barədə razılıq verilməsinə dair iddiası təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı cavabdeh Qayıblı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə qarşı İddiaçı övladları 07 sentyabr 2005-ci il təvəllüdlü Qayıblı Tamella Cavabdeh qızına və 08 dekabr 2006-cı il təvəllüdlü Qayıblı Emiliya Cavabdeh qızına cavabdeh Qayıblı Cavabdeh razılığı olmadan ümumvətəndaş pasportlarının əldə edilməsi barədə razılıq verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar