Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-153/2020 25.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, X5 Kredit Təşkilatı “Embafinans” X3 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faiz və cərimənin xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Kredit Təşkilatı “Embafinans” X4 Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 016-EMR-1216-19 saylı kredit müqaviləsinə əsasən xx xxx 2020-ci il tarixə 2399,71 manat əsas,0,00 manat faiz və 129,39 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 2559,50 manat borcun tutularaq X6 Təşkilatı “Embafinans” X3 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X6 Təşkilatı “Embafinans” X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixində X6 Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 016-EMB-1261-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh faizsiz 12 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində banka 2399.71 manat əsas, 129.39 manat cərimə borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz və cərimələr qaytarılmamışdır. Cavabdeh xx xxxx 2019-cu il tarixli 016-EMR-1216-19 saylı kredit müqaviləsinə əsasən xx xxx 2020-ci il tarixə 2399,71 manat əsas, 129,39 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 2559,50 manat borcun tutularaq X6 Təşkilatı “Embafinans” X3 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X6 Təşkilatı “Embafinans” X3 nümayəndəsi məhkəməyə teleqram göndərərək iş üzrə məhkəmə iclasında iştirak edə bilmədikləri üçün işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, X5 Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 016-EMB-1261- 19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh faizsiz 12 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində banka 2399.71 manat əsas, 129.39 manat cərimə borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz və cərimələr qaytarılmamışdır. Cavabdeh xx xxxx 2019-cu il tarixli 016- EMR-1216-19 saylı kredit müqaviləsinə əsasən xx xxx 2020-ci il tarixə 2399,71 manat əsas, 129,39 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş X6 Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 016-EMB-1261-19 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh faizsiz 12 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş X6 Təşkilatı İddiaçı xx xxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli 016-EMB-1261-19 saylı kredit müqaviləsi xx xxx 2020-ci il tarixə 2399,71 manat əsas, 129,39 manat cərimə borcu vardır. İş materiallarına əlavə xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İsgənsər oğlundan xx xxxx 2019-cu il tarixli 016-EMR-1216-19 saylı kredit müqaviləsinə əsasən xx xxx 2020-ci il tarixə 2399,71 manat əsas, 129,39 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq X6 Təşkilatı İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İsgənsər oğlundan xx xxxx 2019-cu il tarixli 016-EMR-1216-19 saylı kredit müqaviləsinə əsasən xx xxx 2020-ci il tarixə 2399,71 manat əsas, 129,39 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq X6 Təşkilatı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-153/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-153/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver