Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-168/2020 25.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, İddiaçı Bank “xxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli RPF-00539-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx xxxx 2020-ci il tarixinə ödənilməmiş 1365,91 manat əsas, 4,58 manat faiz borcu olmaqla, ümumilikdə 1370,49 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulub Bank “xxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank “xxx” X1 iddia ərizəsində göstərmişdir ki, Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx xxxx 2019-cu il tarixli RPF-00539-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinə əsasən Bank “xxx” ASC-dən illik 1 faiz olmaqla 60 ay müddətinə 1432,45 manat kredit götürmüşdür. Cavabdeh1 həmin kreditdən iddiaçı ilə bağlanmış RP-00063-16/15A saylı xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxx 2024-cü il tarixədək faiz ilə birlikdə Bank “xxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF- 00539-16/19A saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Kreditin təminatı olaraq bankla Cavabdeh2 arasında xx xxxx 2019-cu il tarixli RPFZ-00539- 16/19A saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli RPF-00539-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx xxxx 2020-ci il tarixinə ödənilməmiş 1365,91 manat əsas, 4,58 manat faiz borcu olmaqla, ümumilikdə 1370,49 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulub Bank “xxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bank “xxx” X1 məhkəməyə teleqram göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, iddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı tərəfindən Cavabdeh1 xx xxxx 2019-cu il tarixli RPF-00539-16/19A saylı kredit müqaviləsinə əsasən illik 1 faiz olmaqla 60 ay müddətinə 1432,45 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə bank arasında xx xxxx 2019-cu il tarixli RPFZ-00539-16/19A saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh tərəfindən banka ödəniş cədvəlində nəzərdə tutulan ödənişlər edilməmiş və nəticədə cavabdehin banka 1365,91 manat əsas və 4,58 manat faiz borcu olmaqla, cəmi 1370,49 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli RPF-00539-16/19A saylı müqaviləsində göstərilir ki, Cavabdeh1 illik 1 faizlə 60 ay müddətinə 1432,45 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli RPFZ-00539-16/19A saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Bank “xxx” ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan Bank “xxx” ASC-in xx xxxx 2020-ci il tarixli RİED 2020/4091 saylı arayışından görünür ki, Cavabdeh1 banka 1365,91 manat əsas və 4,58 manat faiz borcu olmaqla, cəmi 1370,49 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Bank “xxx” ASC-in x xxxx 2020-ci il tarixli HASF-00241 saylı bildirişindən görünür ki, borcun ödənilməsi üçün borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərCavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli RPF-00539-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx xxxx 2020-ci il tarixinə ödənilməmiş 1365,91 manat əsas, 4,58 manat faiz borcu olmaqla, ümumilikdə 1370,49 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınıb “Bank xxx” ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli RPF-00539-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx xxxx 2020-ci il tarixinə ödənilməmiş 1365,91 manat əsas, 4,58 manat faiz borcu olmaqla, ümumilikdə 1370,49 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınıb “Bank xxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-168/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-168/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver