Məhkəmə qərarları › İş №2(026)-17/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-17/2021

27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-17/2021 27.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı MMC ilə cavabdeh X7 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə kassir vəzifəsinə işə qəbul olunmuşdur. Onunla tam maddi-məsuliyyət haqqında müqavilə bağlanılmış və cavabdeh xx xxxx 2020-ci ildə 321-K saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı MMC-nin M. Qaşqay filialında kassir vəzifəsində çalışan Cavabdeh tərəfindən cəmiyyətə zərər vurma faktı aşkar olunmuşdur. xx xxxxx 2020-ci il tarixdə Cavabdeh yetki kodu ilə işləyərək silinmə əməliyyatları etmiş, kassada yaratdığı artıq məbləği isə şəxsi məqsədlər üçün götürmüşdür. Cavabdeh bir neçə dəfə kassada yaratdığı artıq pulları Məmməd Hüseynovun vasitəsi ilə çıxarmışdır. Cavabdeh bir neçə dəfə Hüseyn Məmmədova kassa qeydiyyatından keçirmədən siqaret məhsulu vermişdir. Aparılan araşdırma zamanı Cavabdeh kassa qeydiyyatından keçirmədiyi, lakin pulunu alaraq müştəriyə verdiyi bir sıra məhsulların olduğu müəyyən olmuşdur. Bu barədə video-disk də var. Cavabdeh cəmi 2500 manat zərər vurmasını etiraf etmiş, bunu öz izahatı bir daha təsdiq etmiş və zərər vurmasına dair aktı imzalanmışdır. Hüseyn Məmmədov isə 400 manat zərər vurduğunu etiraf etmiş və dəymiş zərər aktı imzalayaraq ziyan məbləğini qarşılamışdır. Cavabdeh dəfələrlə cəmiyyətə dəymiş zərəri ödəməsi cəmiyyət tərəfindən tələb olunmasına baxmayaraq, o tələblərə məhəl qoymadan, müxtəlif bəhanələr gətirərək dəymiş zərəri ödəməkdən yayınmışdır. Məhkəmədən 2500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir. 2020-ci il tarixdə İddiaçınə işə qəbul olunmuş, və orada 3 ay işləmişdir. Bir müddətdən sonra onu marketə çağıraraq işlədiyi müddətdə marketə 2500 manat ziyan vurduğunu və ödəməsini ondan tələb etmişlər. İddiaçı MMC-də cəmi 3 ay müddət işlədiyini və üç ay müddətdə 2500 manat ziyan edə biləcəyinin mümkün olmadığı demişdir. Həmin marketdə 7 aydan bir müdir dəyişdiyindən müdirin kəsiri də onun üstünə yazılmışdır. İşlədiyi müddətdə ola bilsin ki hər-hansı bir malı kassaya vurmasın, lakin üç ay müddətdə 100-200 manat ziyan edə bilərdi. 2020-ci ilin aprel ayında işdən çıxsa da adını yeddi ay işdə saxlayıblar. İşdən çıxanda əmək kitabçasını özü ilə götürmüşdür. Hüseynə isə o pul verməmişdir. İddiaçınə 100-150 manat pul ödəyə biləcəyini göstərərək məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahatında göstərdi ki, İddiaçındə kassir vəzifəsində çalışan Cavabdeh ona tapşırılan işlərlə məşğul olmuş, kassir müştərilərin kassaya gətirdiyi məhsulun bir qismini kassaya vursa da, bir qismini kassaya vurmadan müştərini yola salmışdır. Müştərini yola salandan sonra kassaya vurmadığı malların pulunu mənimsəmişdir. Müştəri kassaya 10 ədəd bir məhsuldan gətirəndə isə həmin məhsulun 1 ədədini kassaya vuraraq müştəridən 10 ədəd məhsulun pulunu almış və pulu digər personalın vasitəsi ilə kassadan çıxarmışdır. Bütün bunlara dair video görüntü vardır. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, İddiaçındə baş satıcı vəzifəsində çalışır. Cavabdeh 2020-ci il tarixdə xx xxxxxx 2020-ci il tarixdə İddiaçınə kassir vəzifəsinə işə qəbul olunmuşdur. Elmir kassa aparatının açıq qalmasından istifadə edərək dəfələrlə kassadan silmələr etmişdir. O kassaya baxanda adına olan kodundan istifadə edildiyini bilib kassirə iradlarını bildirib mağaza müdirinə bu barədə məlumat vermişdir. Həmin günün sonunda müdirlə birlikdə müşahidə kamerasına baxmış və Elminin kassada malı vurub-sildiyini görmüşlər. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçınə xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinin surətində göstərilir ki, İddiaçı ilə Cavabdeh 3 ay sınaq müddəti müəyyən edilməklə kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli əmək müqavilənin surətində göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və tərəflərin imzaladığı həmin müqavilənin şərtlərində tərəflərdən biri digərinin əmlakına, səhhətinə maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. İş materiallarında olan İddiaçınə xx xxxxxx 2020-ci il tarixli 024-K saylı əmrdən çıxarışın surətində göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında 3 ay sınaq müddəti müəyyən edilməklə kassir vəzifəsinə işə qəbul edilmş, əmək haqqı ştat cədvəlinə əsasən 280 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx xxxx 2020-ci il tarixli 321-K saylı əmrdən çıxarışın surətində göstərilir ki, İddiaçınə ilə Cavabdeh arasında Cəmiyyətin Satış Əməliyyatları Departamentinin İddiaçı şəbəkəsinin Kassirinin əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilsin, son haqq-hesab istifadə edilməmiş 0,18 (sıfır tam yüzdə on səkkiz) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. İş materiallarında olan xx xxx 2020-ci il tarixli İddiaçınə vurulmuş ziyana dair aktdan görünür ki, İddiaçı MMC-nin M. Qaşqay filialında kassir vəzifəsində çalışan Cavabdeh cəmiyyətə 2500 manat ziyan vurmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli İddiaçınə vurulmuş ziyanın geri qaytarılmasına dair aktdan görünür ki, İddiaçı MMC-nin M. Qaşqay filialında satıcı vəzifəsində çalışan X6 cəmiyyətə 400 manat ziyan vurmuşdur. İş materiallarında olan Cavabdeh İddiaçınə verdiyi izahatında göstərmişdir ki, İddiaçı M.Qaşqay filialında kassir vəzifəsində işlədiyi müddətdə müxtəlif məhsulları kassaya vurmayaraq kassada süni artıq yaratmış və sonra mağazada satıcı işləyən Hüseyn Məmmədovla birlikdə götürüb bölmüşlər. İşlədiyi müddət ərzində marketə 2500 manat ziyan vurmuşdur. İş materiallarında olan X6 İddiaçınə verdiyi izahatında göstərmişdir ki, İddiaçı M.Qaşqay filialında xx xxxx 2020-ci ildən satıcı vəzifəsində işləmiş, həmin mağazada kassir işləyən Cavabdeh ona yaxınlaşaraq ona kassasında artıq pul olduğunu və satıcı kimi ona yaxınlaşmasını bildirmiş və həmin pulları ona vermişdir. Bu prosesi müxtəlif vaxtlarda bir neçə dəfə davam etdirmişlər. İş materiallarında olan 21 sentyabr 2020-ci il tarixli 14Ş-832 saylı Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, onun kassir vəzifəsində işlədiyi İddiaçı MMC-nin M. Qaşqay filialında yoxlamalar nəticəsində 2500 manat əskikgəlmə aşkar edilmiş, ona həmin pulu könüllü olaraq ödəməsi təklif edilmişdir. Müəyyən olundu ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə 3 ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə İddiaçı MMC-nin M. Qaşqay filialına kassir vəzifəsinə işə qəbul olunmuş, onunla tam maddi-məsuliyyət barədə müqavilə bağlanmış, cavabdehlə bağlanmış əmək müqaviləsinin 5.1 və 5.2-ci bəndləri tam maddi məsuliyyət barədə müqavilənin şərtlərinə görə mağazada ola biləcək əskikliyə görə cəmiyyətə dəyən ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kassir şəxs kimi işlədiyi İddiaçı MMC-nin M. Qaşqay filialında 2500 manat əskiklik aşkar olunmuş, E. Abdullayev akta imza edərək həmin əskikliyin onun təqsirindən yarandığını etiraf etmiş və bu barədə izahat da vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 202-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək və tam maddi-məsuliyyət haqqında müqavilələrin şərtlərinə və habelə yuxarıda qeyd olunan mülki hüquq normalarına əsasən Cavabdeh İddiaçı MMC mağazasında xx xxxxxx 2020ci il tarixlidən xx xxxx 2020-ci il tarixə kimi kassir vəzifəsində maddi-məsul şəxs kimi işləyərkən mağazada aşkar edilmiş 2500 manat əskikliyə görə tam maddi məsuliyyət daşıyır və həmin məbləğ, eləcə də ödənilmiş 30 manat dövlət rüsumu ondan alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 manat maddi ziyan və 30 manat dövlət rüsumu alınıb İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar