Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-173/2020 24.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan «İddiaçıbank» X4 nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı X8 X6 Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə tələbin girov əmlaka yönəldilməsi və həmin qızıl əşyalarının hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı X8 X6 Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/118371 saylı kredit müqaviləsinə əsasən 326,03 ABŞ dolları əsas borc, 1800,08 ABŞ dolları faiz borcu, 2619,47 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 4745,58 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borc tələbinin xx xxxxxx 2015-ci il tarixli, PB/0xx/xx/118371 saylı kredit və girov müqaviləsi üzrə Cavabdeh məxsus 585 əyarlı, 33,50 qram çəkisi olan 1 ədəd boyunbağı-qolbağı, 583 əyarlı, 15,50 qram çəkisi olan 1 ədəd sırqa, 583 əyarlı, 14, 80 qram çəkisi olan 1 ədəd üzük, 583 əyarlı, 8,70 qram çəkisi olan 1 ədəd komplekt, 583 əyarlı, 12 qram çəkisi olan 1 ədəd üzük “ağlı”, 750 əyarlı, 5,70 qram çəkisi olan 1 ədəd üzük, 500 əyarlı, 12,10 qram çəkisi olan 1 ədəd komplekt “ağlı” qızıl əşyalarına yönəldilməklə həmin qızıl əşyalarının açıq hərracda satılmaqla borcun ödənilməsi tələbinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçıBOKT X4 nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə əvvəlki «İddiaçıbank» X7, (inziki “İddiaçı Bokt ASC” arasında xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/118371 saylı kredit və girov müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx xxxxxx 2015-ci il tarixl, PB/0xx/xx/118371 saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə 28 faiz dərəcəsi ilə Cavabdeh 1215 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/118371 saylı kredit və girov müqaviləsi üzrə cavabdeh öhdəliyin təminatı kimi özünə məxsus olan və xx xxxxxx 2015-ci il tarixli aktla 1430 ABŞ dolları dəyərində qiymətləndirilən qızıl əşyalarını girov qoymuşdur. Həmin akta əsasən 585 əyarlı, 33,50 qram çəkisi olan 1 ədəd boyunbağı-qolbağı, 583 əyarlı, 15,50 qram çəkisi olan 1 ədəd sırqa, 583 əyarlı, 14, 80 qram çəkisi olan 1 ədəd üzük, 583 əyarlı, 8,70 qram çəkisi olan 1 ədəd komplekt, 583 əyarlı, 12 qram çəkisi olan 1 ədəd üzük “ağlı”, 750 əyarlı, 5,70 qram çəkisi olan 1 ədəd üzük, 500 əyarlı, 12,10 qram çəkisi olan 1 ədəd komplekt “ağlı” qızıl əşyaları kredit müqaviləsinin təminatı kimi hazırda girov kimi saxlanılmaqdadır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0,2 faiz həcmində dəbbə pulu tələb edir, 5.2-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulan müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. Cаvabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdehin hazırda İddiaçı BOKT X5 326,03 ABŞ dolları əsas borc, 1800,08 ABŞ dolları faiz borcu, 2619,47 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 4745,58 ABŞ dollarıməbləğində borcu vardır. Ona görə də Cavabdeh xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/118371 saylı kredit müqaviləsinə əsasən 326,03 ABŞ dolları əsas borc, 1800,08 ABŞ dolları faiz borcu, 2619,47 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 4745,58 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borc tələbinin xx xxxxxx 2015-ci il tarixli, PB/0xx/xx/118371 saylı kredit və girov müqaviləsi üzrə Cavabdeh məxsus 585 əyarlı, 33,50 qram çəkisi olan 1 ədəd boyunbağı-qolbağı, 583 əyarlı, 15,50 qram çəkisi olan 1 ədəd sırqa, 583 əyarlı, 14, 80 qram çəkisi olan 1 ədəd üzük, 583 əyarlı, 8,70 qram çəkisi olan 1 ədəd komplekt, 583 əyarlı, 12 qram çəkisi olan 1 ədəd üzük “ağlı”, 750 əyarlı, 5,70 qram çəkisi olan 1 ədəd üzük, 500 əyarlı, 12,10 qram çəkisi olan 1 ədəd komplekt “ağlı” qızıl əşyalarına yönəldilməklə həmin qızıl əşyalarının açıq hərracda satılmaqla borcun ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, “İddiaçıbank” ASC-dən kredit götürmüş, ilk vaxtlar ödənişlərini vaxtlı-vaxtında etmişdir. Sonradan heç bir yerdə işləmədiyi üçün banka olan borcunu ödəyə bilməmişdir. Lakin buna baxmayaraq banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Həmin kredit üzrə cərimənin silinməsində köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçıBOKT X7 ilə Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/118371 saylı kredit və girov müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx xxxxxx 2015-ci il tarixli, PB/0xx/xx/118371 saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə 28 faiz dərəcəsi ilə Cavabdeh 1215 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/118371 saylı kredit və girov müqaviləsi üzrə cavabdeh öhdəliyin təminatı kimi özünə məxsus olan və xx xxxxxx 2015-ci il tarixli aktla 1430 ABŞ dolları dəyərində qiymətləndirilən qızıl əşyalarını girov qoymuşdur. Həmin akta əsasən 585 əyarlı, 33,50 qram çəkisi olan 1 ədəd boyunbağı-qolbağı, 583 əyarlı, 15,50 qram çəkisi olan 1 ədəd sırqa, 583 əyarlı, 14, 80 qram çəkisi olan 1 ədəd üzük, 583 əyarlı, 8,70 qram çəkisi olan 1 ədəd komplekt, 583 əyarlı, 12 qram çəkisi olan 1 ədəd üzük “ağlı”, 750 əyarlı, 5,70 qram çəkisi olan 1 ədəd üzük, 500 əyarlı, 12,10 qram çəkisi olan 1 ədəd komplekt “ağlı” qızıl əşyaları kredit müqaviləsinin təminatı kimi hazırda girov kimi saxlanılmaqdadır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır. Cаvabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. İş materiallarına əlavə edilmiş «İddiaçıbank» X7 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/118371 saylı kredit və girov müqaviləsinin surətindən görünür ki, Cavabdehillik 28 faiz olmaqla 12 ay müddətinə 1215 ABŞ dolları kredit verilmişdir. İş materiallarına əlavə edilmiş «İddiaçıbank» X4 “Nəsimi” filialına girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 585 əyarlı, 33,50 qram çəkisi olan 1 ədəd boyunbağı-qolbağı, 583 əyarlı, 15,50 qram çəkisi olan 1 ədəd sırqa, 583 əyarlı, 14, 80 qram çəkisi olan 1 ədəd üzük, 583 əyarlı, 8,70 qram çəkisi olan 1 ədəd komplekt, 583 əyarlı, 12 qram çəkisi olan 1 ədəd üzük “ağlı”, 750 əyarlı, 5,70 qram çəkisi olan 1 ədəd üzük, 500 əyarlı, 12,10 qram çəkisi olan 1 ədəd komplekt “ağlı” qızıl əşyalarının qiyməti tərəflərin razılığı ilə 1430 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İşdə olan İddiaçı BOKT ASC-nin xx xxx 2020-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh İddiaçı BOKT X5 cəmi 326,03 ABŞ dolları əsas, 1800,08 ABŞ dolları faiz, 2619,47 ABŞ dolları cərimə, cəmi 4745,58 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş bildirişdə göstərilir ki, İddiaçı X8 Təşkilatı ASC tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafelərini, götürdüyü kreditin və faizlərin böyük hissəsini banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən PB/0xx/xx/118371 saylı kredit və girov müqaviləsinə əsasən dəbbə pulunun 2619,47 ABŞ dolları hesablanması tənasübsüz dərəcədə yüksəkdir, dəbbə pulunun 260 ABŞ dolları müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən cavabdeh Xələfov Zöhrad Ağasalah oğlundan xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/118371 saylı kredit müqaviləsinə əsasən 326,03 ABŞ dolları əsas, 1800,08 ABŞ dolları faiz və 260 ABŞ dolları dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, borc tələbi xx xxxxxx 2015-ci il tarixli, PB/0xx/xx/118371 saylı kredit və girov müqaviləsi üzrə Cavabdeh məxsus 585 əyarlı, 33,50 qram çəkisi olan 1 ədəd boyunbağıqolbağı, 583 əyarlı, 15,50 qram çəkisi olan 1 ədəd sırqa, 583 əyarlı, 14, 80 qram çəkisi olan 1 ədəd üzük, 583 əyarlı, 8,70 qram çəkisi olan 1 ədəd komplekt, 583 əyarlı, 12 qram çəkisi olan 1 ədəd üzük “ağlı”, 750 əyarlı, 5,70 qram çəkisi olan 1 ədəd üzük, 500 əyarlı, 12,10 qram çəkisi olan 1 ədəd komplekt “ağlı” qızıl əşyalarına yönəldilməli, həmin qızıl əşyaları hərraca çıxarılaraq satılması hesabına tələb edilən borc İddiaçı BOKT X5 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Xələfov Zöhrad Ağasalah oğlundan xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/118371 saylı kredit müqaviləsinə əsasən 326,03 ABŞ dolları əsas, 1800,08 ABŞ dolları faiz və 260 ABŞ dolları dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun, borc tələbi xx xxxxxx 2015-ci il tarixli, PB/0xx/xx/118371 saylı kredit və girov müqaviləsi üzrə Cavabdeh məxsus 585 əyarlı, 33,50 qram çəkisi olan 1 ədəd boyunbağı-qolbağı, 583 əyarlı, 15,50 qram çəkisi olan 1 ədəd sırqa, 583 əyarlı, 14, 80 qram çəkisi olan 1 ədəd üzük, 583 əyarlı, 8,70 qram çəkisi olan 1 ədəd komplekt, 583 əyarlı, 12 qram çəkisi olan 1 ədəd üzük “ağlı”, 750 əyarlı, 5,70 qram çəkisi olan 1 ədəd üzük, 500 əyarlı, 12,10 qram çəkisi olan 1 ədəd komplekt “ağlı” qızıl əşyalarına yönəldilsin, həmin qızıl əşyaları hərraca çıxarılaraq satılması hesabına tələb edilən borc İddiaçı BOKT X5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-173/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-173/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver