Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-173/2025 07.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2017 saylı, 10 yanvar 2018-ci il tarixli icra vərəqəsi üzrə Cavabdeh1 04 oktyabr 2023-cü il tarixli Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanan 41619 ABŞ dolları məbləğində kredit borcu borclu İddiaçı əmək haqqının 40 faizi məbləğində hər ay tutularaq "xxxx" ASC-nin (hal-hazırda Cavabdeh2 ASC-nin) xeyrinə tutulması barədə tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsi, Cavabdeh2 ASC-nin üzərinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanan kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin banka kim tərəfindən ödənildiyi faktının müəyyən edilməsi öhdəliyinin qoyulması və pul tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 04 oktyabr 2023-cü il tarixli, 148134/2018-32-5 saylı Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanan 41619 ABŞ dolları məbləğində kredit borcu borclu İddiaçı əmək haqqının 40 faizindən tutularaq hər ay "xxxx" ASC-nin (hazırda Cavabdeh2 ASC-nin) xeyrinə tutulması barədə tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsini və 20 noyabr 2023-cü il tarixindən 20 noyabr 2024-cü il də daxil olmaqla, ümumilikdə İddiaçı əmək haqqından tutulan 2040 manat maliyyə vəsaitinin Cavabdeh1ndən və 5000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi, ümumilikdə 7000 manat məbləğində maliyyə vəsaitinin Cavabdeh2 ASC-nin hesabından qeyd edilən ümumilikdə 9040 manat maliyyə vəsaitinin tutularaq İddiaçı hesabına ödənilməsini, Cavabdeh2 ASC-nin üzərinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanan 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin "xxxx" ASC-yə kim tərəfindən göndərildiyi faktının müəyyən edilməsi barədə Cavabdeh2 ASC-nin üzərinə öhdəlik qoyulmasını, Cavabdeh2 ASC-nin İdarə Heyətinin sədri cənab X1 və Cavabdeh1 rəisi Malik Məlikov barəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 265.4-cü maddəsinin tələbinə uyğun xüsusi qərardad qəbul edilməklə prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı tərəfindən irəli sürülmüş tələblər qeyri-müəyyən şəkildə ifadə edilmişdir. Belə ki, tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsi dedikdə iddiaçının nəyi nəzərdə tutduğunu müəyyən etmək mümkün olmur. Sözügedən qeyri-müəyyənlik iddiaçının tələbinin aidiyyəti üzrə baxılmalı olub-olmaması məsələsini də yoxlamağa imkan vermir. Belə ki, iddiaçının hüquqi marağının icra məmurunun hərəkətlərindən şikayət verilməsinə yönəlmiş olması da ehtimal olunur. Bundan başqa, iddiaçının digər tələbi Cavabdeh2 ASC-nin üzərinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanan 24 may 2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin "xxxx" ASC-yə kim tərəfindən göndərildiyi faktının müəyyən edilməsi barədə Cavabdeh2 ASC-nin üzərinə öhdəlik qoyulması şəklində olsa da, həmin hissədə də tələb qeyri-müəyyən ifadə edilmiş, iddiaçının konkret olaraq məhz nəyi tələb etməsini müəyyən etmək mümkün olmamışdır. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı eyni məzmunlu və tələb hissəsi pul məbləği istisna olmaqla, digər hissələrdə tamamilə eyni olan iddia ərizəsi ilə əvvəlcə də üç dəfə məhkəməyə müraciət etmiş, lakin həmin iddia ərizələri və ona əlavə edilmiş sənədlər Qobustan Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(026)-662/2024 saylı; 28 dekabr 2024-cü il tarixli, 2(026)-697/2024 saylı və 17 yanvar 2025-ci il tarixli, 2(026)- 106/2025 saylı qərardadları ilə geri qaytarılmışdır. Lakin iddiaçı həmin qərardadlarda göstərilmiş nöqsanlardan yalnız dövlət rüsumu ilə bağlı məsələni aradan qaldırmış, irəli sürülmüş tələblərlə bağlı qeyd edilmiş nöqsanların isə heç birini aradan qaldırmamış, yenə də qeyri-müəyyən tələblərlə çıxış edərək, onlarda hər hansı dəqiqləşdirmə aparmamışdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırkı iddia ərizəsinə əlavə olunmuş 26 dekabr 2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin Qobustan Rayon Məhkəməsində olmuş 2(026)-697/2024 saylı mülki iş üzrə də İddiaçı iddia ərizəsi verərkən sözügedən qəbzdən istifadə etmişdir. Qobustan Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, 2(026)-697/2024 saylı qərardadı ilə sözügedən iddia ərizəsi geri qaytarılarkən onun verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun da İddiaçı geri qaytarılması qərara alınmışdır. 26 dekabr 2024-cü il tarixli, ********** nömrəli qəbz üzrə olan 100 manat məbləğində ödənişin İddiaçı qaytarılması artıq məhkəmənin 28 dekabr 2024-cü il tarixli, 2(026)-697/2024 saylı qərardadında nəzərdə tutulduğundan, yenidən həmin ödənişin iddiaçıya geri qaytarılmasına göstəriş verilməsinə zərurət YOXDUR. Bununla yanaşı, hazırda iddiaçı iddia ərizəsinə həm də 05 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzi əlavə etmişdir. Həmin qəbzdən görünür ki, iddiaçı dövlət rüsumu kimi əlavə olaraq 10 manat məbləğində ödəniş etmişdir. Lakin hazırda iddia ərizəsi geri qaytarıldığına görə onun verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2017 saylı, 10 yanvar 2018-ci il tarixli icra vərəqəsi üzrə Cavabdeh1 04 oktyabr 2023-cü il tarixli Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanlanan 41619 ABŞ dolları məbləğində kredit borcu borclu İddiaçı əmək haqqının 40 faizi məbləğində hər ay tutularaq "xxxx" ASC-nin (hal-hazırda Cavabdeh2 ASC-nin) xeyrinə tutulması barədə tələbnaməyə qanunsuz hüquqi qiymət verilməsi, Cavabdeh2 ASC-nin üzərinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanan kredit müqaviləsi üzrə 14676 ABŞ dolları məbləğində maliyyə vəsaitinin banka kim tərəfindən ödənildiyi faktının müəyyən edilməsi öhdəliyinin qoyulması və pul tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-173/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-173/2025
07.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver