Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-174/2023 26.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan ** TC *** qeydiyyat nişanlı “Mersedes GL-350” markalı nəqliyyat vasitəsinə dəymiş 3360 manat maddi zərər, 1000 manat mənəvi zərərin və 65 manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan ** TC *** qeydiyyat nişanlı “Mersedes GL-350” markalı nəqliyyat vasitəsinə dəymiş 3360 manat maddi zərər, 1000 manat mənəvi zərərin və 65 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərər cavabdeh tərəfindən tam ödənilmişdir. Ona görə də iddiadan imtina edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək mülki işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, İddiaçı iddiadan imtina etməsi barədə ərizəsi qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 261, 263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan ** TC *** qeydiyyat nişanlı “Mersedes GL-350” markalı nəqliyyat vasitəsinə dəymiş 3360 manat maddi zərər, 1000 manat mənəvi zərərin və 65 manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki iş üzrə iddiadan imtina etdiyinə görə iş üzrə icraata xitam verişin. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-174/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-174/2023
26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver