Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-176/2020 18.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması və “xxxxxx” İKB X4 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 4-Y-1-0-323-19 saylı kredit müqaviləsi ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsində göstərmişdir ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 25 faiz olmaqla 36 ay müddətinə 3500 manat kredit götürmüşdür. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh xx xxxx 2020-ci il tarixədək banka 2859 manat əsas, 330,87 manat faiz və 58,92 manat cərimə borcu olmaqla, cəmi 3248,79 manat borcu yaranmışdır. Ona görə də borclu Cavabdeh 2859 manat əsas, 330,87 manat faiz və 58,92 manat cərimə borcu olmaqla, cəmi 3248,79 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi və “xxxxxx” İKB X4 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X4 məhkəməyə teleqram göndərərək xx xxxxxx 2020-ci il tarixə saat 10:30-a təyin olunmuş məhkəmə iclasına üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Müəyyən olundu ki, iddiaçı “xxxxxxxx” ASC tərəfindən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 4-Y-1-0-323-19 saylı kredit müqaviləsinə əsasən illik 25 faiz olmaqla 36 ay müddətinə 3500 manat kredit verilmişdir. Cavabdeh tərəfindən banka ödəniş cədvəlində nəzərdə tutulan ödənişlər edilməmiş və nəticədə cavabdehin banka 2859 manat əsas, 330,87 manat faiz borcu, 58,92 manat cərimə borcu olmaqla, cəmi 3248,79 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx xxxxxx 2019-cu il tarixli reyestrindən çıxarışda göstərilir ki, “xxxxxx” X1 X2 indiki adı İddiaçı X3. İş materiallarına əlavə edilmiş “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 4-Y-1-0-323-19 saylı müqaviləsində göstərilir ki, Cavabdeh illik 25 faizlə 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-in xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 2859 manat əsas, 330,87 manat faiz borcu, 58,92 manat cərimə borcu olmaqla, cəmi 3248,79 manat borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-in xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi üçün borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2859 manat əsas, 330,87 manat faiz borcu, 58,92 manat cərimə borcu olmaqla, cəmi 3248,79 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilməli, “xxxxxx” İKB X4 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 4-Y-1-0-323-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2859 manat əsas, 330,87 manat faiz borcu, 58,92 manat cərimə borcu olmaqla, cəmi 3248,79 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilsin. “xxxxxx” İKB X4 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 4-Y-1-0-323- 19 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-176/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-176/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver