Məhkəmə qərarları › İş №2(026)-177/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-177/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-177/2020 18.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Bank “xxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: Bank “xxx” X5 iddia ərizəsində göstərmişdir ki, Bank “xxx” ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli RPF-00029-14/19A saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinə əsasən Bank “xxx” ASC-dən illik 1 faiz olmaqla 60 ay müddətinə 1022,23 manat kredit götürmüşdür. Cavabdeh həmin kreditdən iddiaçı ilə bağlanmış KP-01763-14/15U saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti x xxxxxx 2024-cü il tarixədək faiz ilə birlikdə Bank “xxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxx” ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00029- 14/19A saylı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli RPF- 00029-14/19A saylı kredit müqaviləsinə əsasən banka 1022,23 manat əsas və 6,74 manat faiz borcu olmaqla, cəmi 1028,97 manat borcu yaranmışdır. Ona görə də borclu Cavabdeh 1022,23 manat əsas və 6,74 manat faiz borcu olmaqla, cəmi 1028,97 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub Bank “xxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bank “xxx” X5 məhkəməyə teleqram göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, Bank “xxx” X5 ilə arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli RPF-00029-14/19A saylı kredit müqaviləsinə əsasən 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 122,23 manat kredit götürmüşdür. Banka olan borcunu ödəməyə maddi imkanı olmamışdır. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Müəyyən olundu ki, iddiaçı Bank “xxx” ASC-nin “Əcəmi” filialı tərəfindən X3 xx xxxxxx 2019-cu il tarixli RPF-00029-14/19A saylı kredit müqaviləsinə əsasən illik 1 faiz olmaqla 60 ay müddətinə 1022,23 manat kredit verilmişdir. Cavabdeh tərəfindən banka ödəniş cədvəlində nəzərdə tutulan ödənişlər edilməmiş və nəticədə cavabdehin banka 1022,23 manat əsas və 6,74 manat faiz borcu olmaqla, cəmi 1028,97 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Bank “xxx” ASC-nin “Əcəmi” filialı ilə X4 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli RPF-00029-14/19A saylı müqaviləsində göstərilir ki, X3 illik 1 faizlə 60 ay müddətinə 1022,23 manat məbləğində kredit verilmişdir. İşdə olan Bank “xxx” ASC-in xx xxxx 2020-ci il tarixliRİED 2020/4140 saylı arayışından görünür ki, X2 banka 1022,23 manat əsas və 6,74 manat faiz borcu olmaqla, cəmi 1028,97 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Bank “xxx” ASC-in xx xxxx 2020-ci il tarixli ƏCMF-20/104 saylı bildirişindən görünür ki, borcun ödənilməsi üçün borcluya xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 xx xxxxxx 2019-cu il tarixli RPF-00029- 14/19A saylı kredit müqaviləsi üzrə 1022,23 manat əsas, 6,74 manat faiz olmaqla, ümumilikdə 1028,97 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı alınıb “Bank xxx” ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli RPF-00029-14/19A saylı kredit müqaviləsi üzrə 1022,23 manat əsas, 6,74 manat faiz olmaqla, ümumilikdə 1028,97 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı alınıb “Bank xxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar