Məhkəmə qərarları › İş №2(026)-182/2020

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-182/2020

24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-182/2020 24.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı 694,70 manat borcun tutulması tələbinə dair kiçik iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh təbii qazın istifadəsi ilə bağlı yaranmış 694,70 manat debitor borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulub “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi Xəyyam Əlizadə məhkəməyə ərizə göndərərək Cavabdeh təbii qazın istifadəsi ilə bağlı yaranmış 694,70 manat debitor borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulub “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair kiçik iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin Ağsu RQİİ-yə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİM: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh təbii qazın istifadəsi ilə bağlı yaranmış 694,70 manat debitor borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulub “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar