Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-188/2020 22.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi, İddiaçı X1 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı 001R********** saylı kredit razılaşması üzrə 4460, 6 ABŞ dolları kredit borcu, 4198,88 ABŞ dolları faiz borcu və 3878,12 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 12537, 60 ABŞ dolları borc, kredit müqaviləsi üzrə borc, 001KK**********1 saylı kredit razılaşması üzrə 2318,89 manat kredit borcu və 4189,01 manat cərimə borcu olmaqla, ümumilikdə 6507,90 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı QSC-yə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-188/2020
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-188/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver