Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-2/2022 12.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 910 manat məbləğində dəymiş ziyanın alınıb ona ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 910 manat məbləğində dəymiş ziyanın alınıb ona ödənilməsi tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 07 mart 2011-ci il tarixdə 03 saylı qərarla Qobustan rayon bələdiyyəsindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi almış, bununla əlaqədar Qobustan rayon İcra Hakimiyyəti başçısının memarlıq və tikinti bölməsindən 13 avqust 2012-ci il tarixdə 080 nömrəli rəy də almışdır. Həmin rəyə əsasən ona torpaq sahəsinin ayrılması məqsədəmüvafıq hesab edilmişdir. 12 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası DT və XK-ın dövlət torpaq kadastrı kitabında 12 dekabr 2012-ci il tarixdə 2447 nömrə ilə qeydiyyat aparılmış A№401833 saylı torpaq sahəsinin planı və ölçüsü barədə rəsmi sənəd verilmişdir. Bununla əlaqədar müvafiq xəritə tərtib edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün 2020-ci ilin yazında hasarlama işlərinə başlamışdır. Lakin, bir gün gəlib təzə tikilmiş hasar kimin tərəfindənsə söküldüyünü görmüşdür. Sonradan öyrənmişdir ki, həmin hasarı Qobustan rayon Xilmilli kənd sakinləri Cavabdeh1 və onun arvadı Cavabdeh2 uçurtmuşlar. Onlarla əlaqə saxlayıb niyə belə etdiklərini soruşduqda bildirdilər ki, həmin torpaq sahəsi onlara məxsusdur. Anlaşılmazlığı aradan qaldırmaq üçün onlardan sənəd göstərməsini xahiş etdikdə bildirdilər ki, sənəd oldu-olmadı torpaq onlara məxsusdur. Onlara bələdiyyə sənədləri, kadastr ölçüləri barədə sənədlər təqdim etdikdə isə bundan imtina etmişlər. 2020-ci ilin sentyabr ayında yenidən tikinti işlərini aparmağa başlamışdır. Lakin hörgü qurumamış iki gündən sonra gəlib 50 metr uzunluğunda hasar yenidən darmadağın edildiyini görmüşdür. Dəymiş ziyanı qiymətləndirmək üçün İcra nümayəndəsinə, bələdiyyə sədrinə, Qobustan rayon İHB-ım memarına müraciət etmiş və ona dəyən ziyanın məbləği 910 manat müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə ona dəymiş 910 manat məbləğində ziyanın cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 izahatında göstərdi ki, iddianı qəbul etmir. İddia olunan torpaq sahəsi onların gəlini Leylanın adınadır, həmin sahəni 2007-ci il tarixdə almış və 2012-ci ildə həmin sahəyə daş tökmüşdür. Habil isə ondan sonra daş gətirib həmin torpaq sahəsini hasarlamışdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 Mustafa oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiasının və Cavabdeh2 izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı kitabında 12 dekabr 2012-ci il tarixdə 2447 nömrə ilə qeydə alınmışdır ki, Qobustan bələdiyyəsinin 07 mart 2011-ci il tarixli 03 saylı qərarı ilə Qobustan rayonu Qobustan şəhəri ərazisində İddiaçı fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qobustan rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Məzahir Əliyev, Qobustan rayon İcra Hakimiyyətinin Qobustan şəhəri üzrə nümayəndəsi Məlikağa Əhədov, Qobustan şəhər bələdiyyəsinin sədri Vasif Novruzov, Qobustan şəhər sakini İddiaçı və Qobustan şəhər sakini-usta Əlsuvar Üzbaşıyevin tərtib etdiyi qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus Qobustan şəhəri (tövlə adlanan ərazi) ünvanında yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinə DT və XK tərəfindən 12 dekabr 2012-ci il tarixindən AN № 401833 saylı torpaq sahəsinin planı və ölçüsü verildiyi, vətəndaş İddiaçı məxsus inşa etdirdiyi 50 (əlli) metr hasarın söküldüyü və vətəndaş İddiaçı 910.00 manat məbləğində ziyan vurulduğu və bunun ikinci dəfə təkrarlandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2011-ci il tarixli iclas protokolunun 03 nömrəli qərarından çıxarışdan görünür ki, Qobustan bələdiyyəsinin alqı-satqı predmeti olan 600 kv. metr və ya 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsinin 19 avqust 2012-ci il tarixli 024 saylı normativ qiymətləndirmə barədə arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli və 29 may 2008-ci il tarixli 120 nömrəli qərarına müvafiq olaraq Qobustan rayon bələdiyyəsinin 07 mart 2011-ci il tarixli 03 saylı qərarına əsasən bələdiyyənin inzibati ərazisindən həyətyanı məqsədi ilə 0.06 hektar torpaq sahəsi bilavasitə yolu ilə İddiaçı Gıılməmməd oğluna satılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2-1(118)-300/2021 saylı qərarından görünür ki, Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli Nərimankənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12/455 nömrəli qərarının ləğv edilməsi ilə bağlı qərar ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2-1(118)-300/2021 saylı qərardadından görünür ki, iddiaçı X1 cavabdeh Qobustan rayonu Qobustan bələdiyyəsinə qarşı “Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı və 2019-cu ıl tarixli qərarının ləğv edilməsi və Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılmasına dair iddiası Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı qərarının ləğv edilməsi və Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılması hissəsində mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/1923 saylı ekspert rəyində göstərilir ki, qərardadın birinci sualı üzrə-Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-in mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Yeni massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu müəyyən olundu. Qərardadın ikinci sualı üzrə- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin 285 kv.m hissəsinin, ləğv olunmuş DTXK tərəfindən İddiaçı verilmiş **********0008 kadastr nömrəli sahəsi 0.06 ha, olan torpaq sahəsinin plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə-Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının bildirdiyinə görə, torpaq sahəsinin şimal və şərq tərəflərində hasar mövcud olmuşdur. Keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə hasarla bərkidildiyi müəyyən olunmuş və uçurulması iddia olunan hasar aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə bərkidilmiş hasarın uzunluğu 47 metr təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 mart 2022-ci il tarixli **********96 saylı mütəxəssis rəyində göstərilir ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsi ilə Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi və iddiaçının iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. Elektron kadastr məlumat bazasına əsasən Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin 285 kv.m hissəsi, məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK tərəfindən İddiaçı verilmiş **********0008 kadastr nömrəli sahəsi 0.06 ha, olan torpaq sahəsinin plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür (sxem əlavə edilir). İddiaçının məlumatına əsasən torpaq sahəsinin şimal və şərq tərəflərində hasar mövcud olmuşdur. Keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə hasarla bərkidildiyi müəyyən olunmuş və uçurulması iddia olunan hasar aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə bərkidilmiş hasarın uzunluğu 47 metr təşkil edir. Cavabdehlərə ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən sualın cavablandırılması mümkün olmamışdır. Müəyyən olundu ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/1923 saylı ekspert rəyində göstərilir ki, Qobustan rayonunun Yeni massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətindədir. Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin 285 kv.m hissəsi, məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK tərəfindən İddiaçı verilmiş **********0008 kadastr nömrəli sahəsi 0.06 ha, olan torpaq sahəsinin plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə hasarla bərkidildiyi müəyyən olunmuş və uçurulması iddia olunan hasar aşkar edilməmişdir. Bununla bərabər, həmin hasarın Qobustan rayon Xilmilli kənd sakinləri Cavabdeh1 və onun arvadı Cavabdeh2 tərəfindən sökülməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmadı, buna dair məhkəməyə sübutlar təqdim edilmədi. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 910 manat məbləğində dəymiş ziyanın alınıb ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 910 manat məbləğində dəymiş ziyanın alınıb ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-2/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-2/2022
12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver