Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-203/2020 22.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli 017L**********2 saylı uzun müddətli kredit müqaviləsinin və xx xxxxxx 2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı X2 xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 2079,38 manat əsas, 171,34 manat faiz və 386,27 manat cərimə borcu olmaqla, cəmi 2636,99 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxx 2018-ci il tarixli 017L**********2 saylı uzun müddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 22 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4300 manat kredit götürmüşdür. Kredit razılaşmasının 1.2-ci bəndinə uyğun olaraq borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirilməli olduğu halda cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli olduğu vəsaitləri banka ödəməmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 2220,62 manat ödəmiş, onun banka 2079,38 manat borcu qalmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli 017L**********2 saylı uzun müddətli kredit müqaviləsinin və xx xxxxxx 2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı X2 xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 2079,38 manat əsas, 171,34 manat faiz və 386,27 manat cərimə borcu olmaqla, cəmi 2636,99 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək iş üzrə iddia tələbini müdafiə etdiyini, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 izahatında göstərdi ki, İddiaçı QSC ilə anası Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında anası Cavabdeh1 22 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4300 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Götürdükləri kredit borcundan 2220,62 manat ödəmişlər, banka 2079,38 manat borc qalmışdır. Anası və özü xəstələndiyindən banka olan borcu ödəməmişlər. Anası Cavabdeh1 pensiya alır, özü də qaz idarəsində işləməklə əmək haqqı alır. Banka olan borclarının anasının pensiyasına və özünün əmək haqqına ödənilməsini xahiş etdi. İş üzrə Cavabdeh3 izahatında göstərdi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 22 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4300 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 və onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2220,62 manat ödəmiş, banka 2079,38 manat borcu qalmışdır. Banka olan borcu hissə-hissə ödəyəcəklər. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı X3 ilə cavabdeh X1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli 017L**********2 saylı uzun müddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 22 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4300 manat kredit götürmüşdür. Kredit razılaşmasının 1.2-ci bəndinə uyğun olaraq borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirilməli olduğu halda cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli olduğu vəsaitləri banka ödəməmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 2220,62 manat ödəmiş, onun banka 2079,38 manat borcu qalmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə banka 2079,38 manat əsas, 171,34 manat faiz və 386,27 manat cərimə borcu olmaqla, cəmi 2636,99 manat borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2018-ci il tarixli 017L**********2 saylı uzun müddətli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin xx xxxxxx 2018-ci il tarixli 017R********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və ona aylıq faiz dərəcəsi 2 ,1667% olmaqla 22 ay müddətinə 4300 məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı X3 ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 017S**********02 və 017S**********02 saylı zaminlik müqavilələrinin surətində göstərilir ki, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafelərini, götürdüyü kreditin və faizlərin böyük hissəsini banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 017R********** saylı kredit razılaşması üzrə dəbbə pulunun 386,27 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir, dəbbə pulunun 40 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2079,38 manat əsas, 171,34 manat faiz və 40 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı QSC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2079,38 manat əsas, 171,34 manat faiz və 40 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-203/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-203/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver