Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-215/2023 07.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı cavabdehin xırda buynuzlu heyvanlarının onlara məxsus əkin sahəsinin otarılması nəticəsində 2,0 hektar sahənin 0,50 hektar sahəsinin yararsız hala salınmasına görə dəymiş 562 manat məbləğində dəymiş maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı cavabdehin xırda buynuzlu heyvanlarının onlara məxsus əkin sahəsini otarılması nəticəsində 2,0 hektar sahənin 0,50 hektar sahəsini yararsız hala salınmasına görə dəymiş 562 manat məbləğində dəymiş maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışı ilə atası X7 mülkiyyətində olan 4 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 2 hektarına arpa əkmiş və aqrotexniki qaydada qulluq işləri də aparmışdır. 2011-ci ildən həmin sahəni əkibbecərirlər. Lakin həmin əkin sahəsinə Qobustan şəhər sakini X11 məxsus xırda buynuzlu heyvanlar müxtəlif vaxtlarda və müxtəlif istiqamətlərdən daxil olaraq otlamış və tapdalayıb yararsız hala salmışlar. Həmin sahəni cavabdeh otararkən fotoşəkillər də çəkmişdir. Nəticə də isə onlara məxsus əkin sahəsinə maddi ziyan vurulmuşdur. Həmin sahəyə rayon DAİMnin mütəxəssislərini apararaq kənd icra nümayəndəliyi ilə birlikdə sahəyə baxış keçirmiş və akt tərtib etmişlər. Həmin zaman müəyyən olunmuşdur ki, 2,0 hektar sahənin 0,50 hektarının otarılıb tapdalanaraq yararsız hala salınması nəticəsində ona 562 manat maddi ziyan dəymişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq etmiş, lakin edilən söhbətlər bir nəticə vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. Ona görə də X17 tərəfindən xırda buynuzlu heyvanların əkin sahələrinin otarılması nəticəsində 2,0 hektar sahənin 0,50 hektar sahəsinin yararsız hala salınmasına görə dəymiş 562 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, heyvanlarını otardığı torpaq sahəsi bələdiyyə torpağıdır. Ona görə də otardığı yer iddiaçıya məxsus deyil. X3 məhkəməyə izahat verərək göstərdi ki, Qobustan bələdiyyəsində vergi müfəttişi işləyir. Nümayəndə müraciətinə əsasən Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X19 və Qobustan rayon DAİM-nin böyük sektorunun baş məsləhətçisi-aqronomu vəzifəsində işləyən X5 ilə birlikdə sahəyə baxış keçirmiş və sahənin bir hissəsinin xırda buynuzlu heyvanlar tərəfindən otarılıb yararsız hala salındığını görmüşlər. Nümayəndə deməsinə görə həmin sahə Qobustan şəhər sakini Cavabdeh tərəfindən otarılmışdır. Sahədə eyvan olmasa da, xırda buynuzlu heyvanların ayaq izləri var idi. Şahid Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X19 X3nun izahatına oxşar izahat verdi. X1 izahat verərək Qobustan rayon DAİM-nin böyük sektorunun baş məsləhətçisiaqronomu vəzifəsində işləyir. Qobustan rayonu Qobustan şəhəri ərazisində yerləşən və İddiaçı məxsus taxıl sahəsinə xırda buynuzlu heyvanların girməsi, taxıl sahəsinin tapdanılaraq yararsız hala salınması və otlaması nəticəsində Z.Ə. Məlikovaya 562 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Həmin heyvanların isə Qobustan şəhər sakini Cavabdeh məxsus olduğu aydın olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi idarəsi tərəfindən 01 sentyabr 2011-ci il tarixdə verilmiş hüquqların X16 daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı çıxarışın surətindən görünür ki, X7 mülkiyyətində Qobustan rayonun Mərəzə qəsəbəsi ərazisində 4,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şamaxı Ərazi idarəsi tərəfindən 20 avqust 2011-ci il tarixdə verilmiş daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, X7 mülkiyyətinə Qobustan rayonun Mərəzə qəsəbəsi ərazisindən 4,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Şamaxı rayonu Cəyirli kənd sovetliyi tərəfindən verilmiş AZ seriyalı 121975 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Zərnişan Əliş qızı ilə 07 iyul 1969-cu il tarixdə nikahları rəsmi qeyd etdirməklə evlənmişlər. Arvada Məlikova soyadı verilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 190840 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 17 iyun 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayonu DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi Atamoğlan Eminov, DAİM-in bitkiçilik sektorunun məsləhətçisi Mirzəbəy Mirzəhmədov, Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X19, Qobustan şəhər bələdiyyəsinin nümayəndəsi X6, Qobustan şəhər sakini X13 və Qobustan şəhər sakini Cavabdeh 16 mart 2023-cü il tarixdə tərtib etdikləri və Qobustan rayon İHBnın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Nümayəndə mülkiyyətində olan ərazidə əkdiyi 2,0 hektar arpa sahəsinə dəymiş ziyan barədə DAİM-yə ərizə ilə müraciət etmişdir. Ərizəyə əsasən komissiya yaradılaraq sahəyə baxış keçirilmiş, həqiqətən 2,0 hektar sahənin hər yerində xırda buynuzlu heyvanların otladığı və tapdalanaq əzildiyi aşkar olunmuşdur. 2,0 hektar sahənin 0,50 hektarından gözlənilən məhsula görə 562 manat ziyan dəydiyi aşkar edilmişdir. Müəyyən olundu ki, Qobustan şəhər sakini Cavabdeh xırda buynuzlu heyvanlarının Qobustan şəhəri ərazisində yerləşən İddiaçı məxsus 2,0 hektar əkin sahəsinin 0,50 hektar sahəsini tapdalayıb yararsız hala salması nəticəsində iddiaçıya 562 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən də görünür ki, Cavabdeh xırda buynuzlu heyvanları X7 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə otarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Həmin Məcəllənin 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.l-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 562 manat məbləğində dəymiş maddi ziyan və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 562 manat məbləğində dəymiş maddi ziyan və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-215/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-215/2023
07.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver