Məhkəmə qərarları › İş №2(026)-219/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-219/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-219/2020 27.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğlundan müştərək qaydada 036R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1197,19 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSCyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 17L000000920 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx xxxxxx 2015-ci il tarixli 17L000000920S saylı sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və ayrıca olaraq kredit razılaşması müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli 036R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxxx 2016-cı il tarixli 036R**********S saylı xx xxxx 2016-cı il tarixli 036R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit razılaşmasının 1.2-ci bəndinə uyğun olaraq borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirilməli olduğu halda cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli olduğu vəsaitləri banka ödəməmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 2802,81 manat ödəmiş, onun banka 1197,19 manat borcu qalmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğlundan müştərək qaydada 036R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1197,19 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh1, Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 17L000000920 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx xxxxxx 2015-ci il tarixli 17L000000920S saylı sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və ayrıca olaraq kredit razılaşması müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli 036R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxxx 2016-cı il tarixli 036R**********S saylı xx xxxx 2016-cı il tarixli 036R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit razılaşmasının 1.2-ci bəndinə uyğun olaraq borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirilməli olduğu halda cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli olduğu vəsaitləri banka ödəməmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 2802,81 manat ödəmiş, onun banka 1197,19 manat borcu qalmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğlunun 036R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1197,19 manat kredit borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 17L000000920 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən bankla Cavabdeh1 arasında 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin xx xxxxxx 2015-ci tarixli 17L000000920S saylı sazişdən görünür ki, sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli razılaşmanın surətindən görünür ki, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin “Şamaxı” filialı ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixli 036R********** saylı kredit sazişinə əlavə olan xx xxxxxx 2016-cı il tarixli 036R**********S saylı bağlanmış sazişdən və sazişə əlavə edilmiş ödəniş planından görünür ki, həmin sazişin ödəniş planına görə Cavabdeh1 banka borcunun əsas məbləği 2528,51, faiz məbləği 467,05, komissiya haqqı 25,74 manat olmaqla, cəmi 3021,3 manat olmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin “Şamaxı” filialı ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixli 036R********** saylı kredit sazişinə əlavə olan xx xxxx 2016-cı il tarixli 036R**********SA saylı bağlanmış sazişdən və sazişə əlavə edilmiş ödəniş planından görünür ki, həmin sazişin ödəniş planına görə Cavabdeh1 banka borcunun əsas məbləği 2029,62, faiz məbləği 370,28, cərimə 90,36 manat olmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğlu arasında bağlanmış 036S**********01 və 036S**********1 saylı zaminlik müqavilələrinin surətində göstərilir ki, Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğlu ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 036R********** saylı xx xxxxxx 2015-ci kredit razılaşması üzrə 1197,19 manat borcu vardır. İş materiallarına əlavə xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğlundan müştərək qaydada 036R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1197,19 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Həşimov Əlimövsüm Xanı oğlundan müştərək qaydada 036R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1197,19 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar