Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-227/2021 03.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı X2, cavabdehlər Qobustan rayon Sündü bələdiyyəsinin sədri X14, X8 və Cavabdeh3 və maraqlı tərəf Qobustan rayon notariat ofisinin xüsusi notariusu X15 iştirakı ilə iddiaçı X2 cavabdeh Qobustan rayon Sündü bələdiyyəsi ilə cavabdehlər X8 və Cavabdeh3 arasında 2017-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğv olunması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Qobustan rayonunun Sündü bələdiyyəsi ilə cavabdehlər X8 və Cavabdeh3 arasında 2017-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan SSR Nazirlər Sovetinin 27 may 1988-ci il tarixli 190-nömrəli qərarı ilə sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından ona 0.12 ha və əlavə olaraq atası X9 0.12 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin ayrıldığı gündən həmin sahələrdə əkinçiliklə məşğul olmuş, lakin bir müddət sonra həmin sahələri özəlləşdirmək üçün Qobustan rayonu Sündü bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyədə onunla alqı satqı etmək məqsədilə sözügedən sahələri Qobustan rayon Sündü bələdiyyəsi ondan xəbərsiz öz balansına keçirtmişdir. 2017-ci ildə isə Qobustan rayonunun Sündü bələdiyyəsi tərəfindən həmin torpaq sahələri X7 və Cavabdeh3 satmışdır. O, isə baş vermiş bu məsələlərdən gec xəbər tutmuşdur. Qobustan rayon Sündü bələdiyyəsinin sədri onun istifadəsində olan torpaq sahələrinin çəpərini uçurub dağıdaraq zəbt etmişdir. Məsələ ilə əlaqədar Sumqayıt İnzibati məhkəməsinə müraciət etmiş məhkəmədə cavabdeh Qobustan rayonu Sündü bələdiyyəsinə qarşı torpaqlarının ona təhvil verilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə prossesində müəyyən olunmuşdur ki, Qobustan rayonu Sündü bələdiyyəsi onun istifadəsində olan torpaqları onun savadsızlıgından istifadə edərək başqa şəxsə satmışdır. Cavabdeh Qobustan rayonu Sündü Bbələdiyyəsi onun savadsızlıgından sui-istifadə edərək onu aldatmışdır. Pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlər Qobustan Sündü kənd bələdiyyəsi ilə X8 və Cavabdeh3 arasında 2017-ci ildə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X20 iddianı qəbul etməyərək izahatında göstərdi ki, X2 alqı-satqısını tələb etdiyi torpaq sahələri bələdiyyə torpaqlarıdır. Həmin ərazidə vətəndaşların torpaq sahəsi yoxdur. Alqı-satqı müqaviləsi qanuni olduğunu göstərərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı X3 tanımır və onunla aralarında heç bir alqı-satqı müqaviləsi olmamışdır. O torpaq sahələrini Sündü bələdiyyəsindən qanuni olaraq almışdır və torpağa dair bütün sənədləri də qanunidir. Hazırda həmin torpaq sahəsində ev tikib yaşayırlar. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia olunan torpaq sahələrini Sündü bələdiyyəsindən qanuni olaraq almışdır və torpağa dair bütün sənədləri də qanunidir. Hazırda həmin torpaq sahəsində ev tikib yaşayırlar. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Qobustan rayon notariat ofisinin xüsusi notariusu X21 izahatında göstərdi ki, müqavilələr qanuni əsaslarla bağlanmış, müqavilələr rəsmiləşdirilərkən qanunvericiliyin tələbinə düzgün əməl edilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Qobustan rayon İHB-nın Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi Qobustan rayon İHB-nın Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, 2001-2005-ci illərin təsərrüfatbaşına 2-ci kitabının 126-cı səhifəsində 131 şəxsi hesab nömrəsində X2 mülkiyyətində 0,10 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Qobustan rayon Dövlət arxivinin X4 ünvanladığı 05 may 2016-cı il tarixli 33 saylı arxiv arayışından görünür ki, Sündü kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabın 129-cu səhifəsinə əsasən X2 adına 0,12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət arxivinin Şamaxı filialının X4 ünvanladığı 26 aprel 2016-cı il tarixli 82 saylı ünvan 3yı sovxozunun 1989-cu il tarixli əmr kitablarından 16 iyun 1989-cu il tarixli 108№-li əmrin arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 27 may 1988-ci il tarixli 190 nömrəli qərarı ilə sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından Sündü kəndində yaşayan Şahkərəmov İsgəndər Alı oğluna 0,12 ha torpaq sahəsi təhkim edilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü haqqında sənədindən görünür ki, Qobustan rayon bələdiyyəsinin 03 oktyabr 2014-cü il tarixli iclas protokolunun 24 saylı qərarı ilə həyətyanı məqsədi ilə 1200 kv.m torpaq sahəsi Qobustan rayon Sündü bələdiyyəsinə ayrılmış, X24 kitabında 05 iyul 2015-ci ildə 274 № ilə uçota alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü haqqında sənədindən görünür ki, Qobustan rayon bələdiyyəsinin 03 oktyabr 2014-cü il tarixli iclas protokolunun 24 saylı qərarı ilə həyətyanı məqsədi ilə 1200 kv.m torpaq sahəsi Qobustan rayon Sündü bələdiyyəsinə ayrılmış, X24 kitabında 05 iyul 2015-ci ildə 275 № ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi idarəsinin 25 avqust 2017-ci il tarixdə tərtib etdiyi A 181512 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin surətindən görünür ki, Qobustan rayonunun Sündü kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından Cavabdeh3 sahibliyinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi idarəsinin 25 avqust 2017-ci il tarixdə tərtib etdiyi A 181513 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin surətindən görünür ki, Qobustan rayonunun Sündü kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından X1 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan rayonunun Sündü kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından Cavabdeh3 xüsusi mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan rayonunun Sündü kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından X6 xüsusi mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qobustan rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 22 avqust 2017-ci 4-ə-47 reyestrlə qeydə alınmış torpağın alqı-satqısı barədə 22 avqust 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Qobustan rayon Sündü bələdiyyəsinin sədri X16 ilə Cavabdeh3 arasında 0,1 ha torpaq sahəsinin alqı-satqısı olmuş və Cavabdeh3 torpağa görə Qobustan rayon Sündü bələdiyyəsinin hesabına 1012 manat pul ödəmişdir. Qobustan rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 22 avqust 2017-ci 4-ə-48 reyestrlə qeydə alınmış torpağın alqı-satqısı barədə 22 avqust 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Qobustan rayon Sündü bələdiyyəsinin sədri X16 ilə X18 oğlu arasında 0,1 ha torpaq sahəsinin alqı-satqısı olmuş və Müqamat Mikayılov torpağa görə Qobustan rayon Sündü bələdiyyəsinin hesabına 1010 manat pul ödəmişdir. Müəyyən olundu ki, cavabdehlər X11 və Cavabdeh3 22 avqust 2017-ci il tarixdə Qobustan rayonunun Sündü bələdiyyəsi ilə aralarında bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 0,10 ha, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən isə X7 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh3 adına RX seriyalı ******* saylı və X6 adına RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı X5 ona və atası Şahkərəmov İsgəndər Ali oğluna ayrılmış torpaq sahəsinə dair heç bir sənəd məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29.2-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Qobustan rayon Sündü bələdiyyəsi ilə cavabdehlər X8 və Cavabdeh3 arasında 2017-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğv olunmasına dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı X2 cavabdeh Qobustan rayon Sündü bələdiyyəsi ilə cavabdehlər X8 və Cavabdeh3 arasında 2017-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğv olunmasına dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-227/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-227/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver