Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-231/2021 02.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 580,90 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən məcburi qaydada tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 580,90 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən məcburi qaydada tutulması tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh oğlu arasında 30 aprel 2020-ci il tarixdə 14/1756 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh oğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********0630 nömrəli abonent kodu verilmiş və həmin ünvana fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 40016533 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunaraq aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdeh yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 30 may 2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat “Azəriqaz” İstehsalat Birliyinə ziyan dəymişdir. Hazırda cavabdeh tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə ödənilməli olan borc məbləği ümumi olaraq 580,90 manat təşkil etməkdədir. Cavabdehə birliyin işçiləri tərəfindən 580,90 manat məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərcinin də ondan tələb ediləcəyi izah edilmişdir. Lakin tələb olunan dəymiş zərər ödənilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh 580,90 manat vurulmuş zərərin və 30 manat dövlət rüsumunun, cəmi 610,90 manat pulun tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Azəriqaz” İB-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir. “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən tərtib olunmuş aktda göstərilən borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 30 aprel 2020-ci il tarixli SD 177 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 14/1756 saylı müqavilənin surətindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq islehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş Cavabdeh adına tərtib olunmuş abonentin saldosundan görünür ki, Cavabdeh təbii qaşdan istifadəyə görə “Azəriqaz” İstehsalat Birliyinə 580,90 manat borcu vardır. İşdə olan 31 may 2020-ci il tarixli aktın surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbəsində yaşayan Cavabdeh ona məxsus fərdi yaşayış evində quraşdırılan 0**********0630 saylı sayğacdan əvvəl qeyri-qanuni qoşulma edərək təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. İşdə olan 31 may 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbəsində əraziyə baxış keçirilən zaman Cavabdeh onun sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan edildiyi aşkar olunmuşdur. Müəyyən olundu ki, «Azəriqaz» İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamentinin əməkdaşları tərəfindən Cavabdeh evinin qaz sayğacına baxış keçirilmiş, onun qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. Cavabdeh 30 may 2020-ci il tarixə kimi qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir və buna görə də «Azəriqaz» İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamentinə 580,90 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.l-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.l-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun 3-eü maddəsinin 7-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydalarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.l-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 580,90 manat dəymiş zərər və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 610,90 manat alınıb «Azəriqaz» İstehsalat Birliyinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 580,90 manat dəymiş zərər və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 610,90 manat alınıb «Azəriqaz» İstehsalat Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-231/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-231/2021
02.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver