Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-233/2020 11.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Ləğv prosesində olan “xxxxxxxxxx” ASC-nin X1 qarşı borcun tutulması tələbinə dair ərizəyə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxxxxxxxx” ASC X1 qarşı İddiaçı ASC-nin xeyrinə 39,70 manat əsas, 176,39 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10,64 manat borc olmaqla, ümumilikdə 226,73 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulması barədə iddia ərizəsi vermişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X2 Bakı şəhəri, Qobustan qəsəbəsi, massiv 2, ev 6-da qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Ona görə də iddia ərizəsi qanunun tələbinə görə cavabdehin qeydiyyatı üzrə ərazi məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ərizəyə əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: “Ləğv prosesində olan “xxxxxxxxxx” ASC-nin X1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: M.Q. Quliyev
Məhkəmə qərarları › İş №2(026)-233/2020
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-233/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver