Məhkəmə qərarları › İş №2(026)-235/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-235/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-235/2021 26.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması və 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 2094,59 manat əsas, 1,77 manat faiz və 6,49 manat cərimə borcu və 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 3827,43 əsas, 11,99 manat faiz, 500,87 manat cərimə borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli 036L**********45 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və ayrıca olaraq kredit razılaşması müəyyən olunmuşdur. Cavabdeh 19 avqust 2019-cu tarixli 017R********** saylı kredit razılaşmasina əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 2400,27 manat kredit götürmüşdür. Kredit razılaşmasının 1.2-ci bəndinə uyğun olaraq borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirilməli olduğu halda cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli olduğu vəsaitləri banka ödəməmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 305,68 manat ödəniş etmiş, onun banka 2094,59 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh1 İddiaçı QSC-ilə bağladığı 19 avqust 2019cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında bankdan 60 ay müddətinə illik faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4087,77 manat kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kredit borcundan 260,34 manat ödəniş etmiş, onun banka 3827,43 manat borcu qalmışdır. Uzun müddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması və 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 2094,59 manat əsas, 1,77 manat faiz və 6,49 manat cərimə borcu və 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 3827,43 əsas, 11,99 manat faiz, 500,87 manat cərimə borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iş üzrə iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30 iyul 2015-ci il tarixli 036L**********45 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və ayrıca olaraq kredit razılaşması müəyyən olunmuşdur. Cavabdeh 19 avqust 2019-cu tarixli 017R********** saylı kredit razılaşmasina əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 2400,27 manat kredit götürmüşdür. Kredit razılaşmasının 1.2-ci bəndinə uyğun olaraq borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirilməli olduğu halda cavabdeh müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli olduğu vəsaitləri banka ödəməmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 305,68 manat ödəniş etmiş, onun banka 2094,59 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh1 İddiaçı QSC-ilə bağladığı 19 avqust 2019cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında bankdan 60 ay müddətinə illik faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4087,77 manat kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kredit borcundan 260,34 manat ödəniş etmiş, onun banka 3827,43 manat borcu qalmışdır. Uzun müddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən yayınmışlar. Cavabdehlər X1, Cəbrayılov Soltan İsaxan oğlu və Güləliyev Yurxan Şıxbala oğlunun banka 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 2094,59 manat əsas, 1,77 manat faiz və 6,49 manat cərimə borcu və 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 3827,43 əsas, 11,99 manat faiz, 500,87 manat cərimə vardır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli 036L**********45 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının surətində göstərilir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və ona aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 2400,27 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının surətində göstərilir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və ona aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 4087,77 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 017S**********01 saylı və 036S**********02 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zaminlərdən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş 30 mart 2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafelərini, götürdüyü kreditin və faizlərin böyük hissəsini banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 017R********** saylı kredit razılaşması üzrə dəbbə pulunun 500,87 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir, dəbbə pulunun 250 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması və 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 2094,59 manat əsas, 1,77 manat faiz və 6,49 manat cərimə borcu və 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 3827,43 əsas, 11,99 manat faiz, 250 manat cərimə borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “AccessBank “QSC ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması və 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 2094,59 manat əsas, 1,77 manat faiz və 6,49 manat cərimə borcu və 19 avqust 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 3827,43 əsas, 11,99 manat faiz, 250 manat cərimə borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar