Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-238/2023 13.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh 20 noyabr 2015-ci il tarixdə anadan olmuş övladı Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının artırılaraq 220 manat müəyyən olunması və 100 manat müalicə xərcinin tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 20 noyabr 2015-ci il tarixdə anadan olmuş övladı Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının artırılaraq 220 manat müəyyən olunması və 100 manat müalicə xərcinin tutulmasına dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 08 noyabr 2012-ci ildə Cavabdeh ilə evlənmiş, bu nikahdan 20 noyabr 2015-ci il tarixdə Fatimə adlı bir uşaqları anadan olmuşdur. Səxavətlə aralarında olan nikah Qobustan rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Səxavətin gəlirinin (qazancının) dörddə bir hissəsi miqdarında aliment tutulub ona verilməsi bildirilmişdir. Səxavət əvvəllər hər ay 50 manat, daha sonra isə hər ay 80 manat aliment ödəyir. Fatimə vərəm xəstəsidir. Uzun müddət Bakı şəhəri Bayıl qəsəbəsində yerləşən 11 saylı uşaq vərəm xəstəxanasında müalicə alıb. Xəstəliyi nisbətən sabitləşsə də, daim müalicəyə və güclü vitaminli yeməklərə ehtiyacı var. Valideynlərinin evində qalır, atası da uzun müddətdir ki, yataq xəstəsidir. Ona görə də Səxavətin ödədiyi aliment uşağın saxlanılmasına və sağalmasına, normal böyüdülməsinə heç cürə çatmır. Ona görə də alimentin artırılması üçün və uşağın müalicə xərcinin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Mediasiya təşkilatına müraciət etsə də, Səxavət mediasiya təşkilatına gəlmədiyindən məsələnin həlli mümkün olmamışdır. Ona görə də aliment miqdarının artırılaraq 20 noyabr 2015-ci il tarixdə anadan olmuş Fatimə yaşına çatanadək saxlanılması üçün Səxavətdən hər ay 220 manat sabit pul məbləğində alimentin və 100 manat müalicə pulunun alınıb ona verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə aralarında olan nikah Qobustan rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2(026)-321/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə əsasında Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün gəlirinin (qazancının) dörddə bir hissəsi miqdarında aliment tutulub ona verilməsi bildirilmişdir. Alimenti ödəyir. Bundan sonra da Fatimənin yetkinlik yaşına çatanadək hər ay 100 manat aliment və Fatimə sağalana kimi onun müalicəsi üçün hər ay 30 manat ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qobustan rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2(026)-321/2018 saylı qətnaməsinin surətindən görünür ki, 20 noyabr 2015-ci ildə anadan olmuş X2 azyaşlı olduğu üçün anası X3 yanında qalması və 20 noyabr 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub X4 verilməsi qət edilmişdir. İşdə olan Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 711560 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 20 noyabr 2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. Mediasiya təşkilatının 10 aprel 2023-cü il tarixli arayışında göstərilir ki, X6 alimentin miqdarının artırılması üçün müraciət etmiş, Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən mübahisəni davam etdirmək mümkün olmamışdır. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vərəm Pasiyentin xəstəlik tarixindən 11 saylı uşaq vərəm xəstəxanasının 18 oktyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X2 döş qəfəsi daxili limfa vəzilərinin vərəmi diaqnozu ilə xəstədir. Müəyyən olundu ki, Qobustan rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 20 noyabr 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub X4 verilməsi qət edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vərəm Pasiyentin xəstəlik tarixindən və Bakı şəhəri 1 saylı vərəm əleyhinə dispanserinin xəstəlik tarixlərindən çıxarışları ilə X1 döş qəfəsinin daxili limfa vəzilərinin vərəmi xəstəsi olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20 noyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment və Fatimənin müalicəsi üçün 40 manat əlavə xərcin alınaraq İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 58 manat 40 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 noyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment və Fatimənin müalicəsi üçün 40 manat əlavə xərcin alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 58 manat 40 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-238/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-238/2023
13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver