Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-240/2020 21.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə dəyəri, yəni 1346,03 manat pulun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Məmmədov X2 rayon məhkəməsinin 1(026)-9/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 69-cu maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunmasıüçün xx xxxx 2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx xxxx 2020-ci il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığıünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağüçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması uçun ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə öz izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saxladığı mal-qara üçün dağdan ot bağlayıb gətirən zaman mobil telefonunun (mobil nəzarət qurğusu) olmadığını görmüş, bununla əlaqədar yenidən dağa qayıdıb və mobil telefonunun (mobil nəzarət qurğusu) ot gətirdiyi traktorun altında qalaraq yararsız hala düşdüyünü aşkar etmişdir. Cavabdeh məsuliyyətli olmadığından elektron nəzarət qurğusunu yararsız hala salmış və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Cavabdeh mobil nəzarət qurğusuna vurduğu ziyana görə 1346,03 manat məbləğində pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh izahatında göstərdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır.Qobustan rayon məhkəməsinin 1(026)-9/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 69-cu maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx xxxx 2020-ci il tarixdə yaşadığı ünvanda ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağ üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması uçun ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saxladığı mal-qara üçün dağdan ot bağlayıb gətirən zaman mobil telefonunun üzərində olmadığını görüb bununla əlaqədar yenidən dağa qayıtmış və mobil telefonunun ot gətirdiyi traktorun altında qalaraq yararsız hala düşdüyünü görmüşdür. Bu barədə İddiaçınə zəng edərək məlumat vermişdir. Avadanlığın dəyəri olan 1346,03 manat ziyanı ödəyəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı icra məmuru X3 tərəfindən tərtib olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişşəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx xxxx 2020-ci il tarixli protokolun surətindən görünür ki, Qobustan rayon məhkəməsinin 1((026)-9/2019 saylı xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 23:00-dan növbəti gün 07:00-dək yaşadığı evi tərk etməmək Qobustan rayon hüdudlarından kənara çıxamamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Həmin hökmün icrası ilə əlaqədar Cavabdeh Əlişah oğlunun yaşadığıünvanında ona hüquq və vəzifələri izah olunduqdan sonra elektron nəzarət vasitəsi məhkumun üzərinə tətbiq olunmuş, məhkuma bir daha elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etməsi barədə xəbərdalıq edilmişdir. Bundan sonra məhkuma 1 ədəd mobil qurğu, 1 ədəd mobil qurğunun enerji adapteri, l ədəd enerji toplayıcı kabeli, 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmiş, (komplek-170pc2) məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarına əlavə olunmuş sənəddə 1 ədəd biometrik məlumatların yoxlanılmasıüçün lisenziyanın qiyməti 88,26 manat, 1 ədəd ev siqnal ötürücüsünün qiyməti 108,32 manat, 1 ədəd mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə qiyməti 1346,03 manat və 1 ədəd elektron qolbağlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) GSM 800/900/1800/1900 Mhz internetlə qoşulma 2G/3G GNSS GPS/GLONASS 600 Mah Lion-un qiyməti 367,91 manat göstərilmişdir. Müəyyən olundu ki, Məmmədov X2 rayon məhkəməsinin 1(026)-9/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 69-cu maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx xxxx 2020-ci il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvana gedərək ona elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağ üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması uçun ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, həmin vasitə zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Nabur kəndi ərazisində heyvanları üçün traktorla ot gətirərkən üzərinə gəzdirdiyi mobil nəzarət qurğusu traktorun altında qalmış və istifadəyə yararsız hala düşmüşdür. Bununla da o İddiaçınə 1346,03 manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xüsusi proqram təminatı ilə 1 ədəd mobil nəzarət qurğusunun dəyəri, yəni 1346,03 manat vurulmuş ziyan alınıb iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin hesabına və 30 manat dövlət rüsumu alınıb respublika büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumundan azad olunduğu üçün ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehxüsusi proqram təminatı ilə 1 ədəd mobil nəzarət qurğusunun dəyəri, yəni 1346,03 manat vurulmuş ziyan alınıb iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin hesabına və 30 manat dövlət rüsumu alınıb respublika büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-240/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-240/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver