Məhkəmə qərarları › İş №2(026)-244/2021

Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(026)-244/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № 2(026)-244/2021 16.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Qobustan Rayon Məhkəməsinin icraatında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı pul tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, “xxxx” MMC ilə Borclu arasında bağlanmış 24.07.2020-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya modeli “Kuba-Spiner” olan və ümumi dəyəri 2444 manat təşkil edən moped ilkin 700 manat ödəməklə geri qalan 1744 manat məbləğində pulu 5 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Moped işlək vəziyyətdə borcluya təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin borclu həmin müqavilə üzrə ödəndiyi icra etməməklə müqavilənin 6-cı bəndində göstəriləən tələbləri pozmuşdur. Hal-Hazırda müqaqvilə üzrə əsas borc 1142,20 manat, əsas məbləğin 10 faizi cərimə 114 manat təşkil edir. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə uyğun olaraq tərəflər araında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, borclu müxtəlif bəhanələrlə müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ciddi ziyan vurmuşdur. Nəticədə Borclu 24.07.2020-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə əsas məbləğ 1142,20 manat, 114 manat cərimə və ödənilmiş 20 manat manat dövlət rüsumunun kreditor “xxxx” MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılması xahiş edilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, “xxxx” MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İşə əlavə olunmuş 24.07.2020-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqavilədən görünür ki, Borclu ilə “xxxx” MMC arasında müqavilə bağlanmışdır. İşdə olan maliyyə arayışının surətindən görünür ki, Borclunın “xxxx” MMC-yə 1142,20 manat əsas, 114 manat manat borcu vardır. İşdə olan 24.07.2020-ci il tarixli bildirişdən görünür ki, Borclu borcunun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsindən görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu 24.07.2020-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə əsas məbləğ 1142,20 manat, 114 manat cərimə və ödənilmiş 20 manat manat dövlət rüsumu alınıb “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280, 281 və 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: xx.xx.1991-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olmuş, Qobustan rayonu Cəmcəmli kəndində qeydiyyatda olan Borclu 24.07.2020-ci il tarixli ******* saylı alqısatqı müqaviləsi üzrə əsas məbləğ 1142,20 manat, 114 manat cərimə və ödənilmiş 20 manat manat dövlət rüsumu alınıb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 72/49da yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan Rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar