Məhkəmə qərarları › İş №2(026)-253/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-253/2020

18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-253/2020 18.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2001-ci ildə evlənmiş, nikahlarını isə xx xxxx 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxx 2004cü ildə İsmayıl, xx xxx 2007-ci ildə isə Səfurə adlı iki uşağı anadan olmuşdur. Qobustan rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və həmin məhkəmənin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iki uşağın saxlanılması üçün Xəqanidən hər ay hər uşağa 93 manat olmaqla, cəmi 186 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Hazırda uşaqlar böyük olduğundan onların tələbatlarını ödəmək onun üçün çətindir. Ona görə də uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx xxxxxx 2004-cü ildə anadan olmuş İsmayıl və xx xxx 2007ci ildə anadan olmuş Səfurənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 173 manat olmaqla, cəmi 346 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında göstərdi ki, İddiaçı ona qarşı aliment məbləğinin artırılmasına dair iddiasını qəbul etmir. Qobustan rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən övladları İsmayıl və Səfurənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 93 manat miqdarında təyin olunmuş alimenti ödəyir. Heç bir yerdə işləmədiyinə və hazırda evli olmaqla himayəsində bir uşağı olduğuna görə tələb olunun miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Lakin buna baxmayaraq hər ay hər uşağa 120 manat ödəyə bilər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Qobustan rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(026)-151/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxx 2005-ci il tarixli AZ-İ 178623 saylı nikah pozulmuşdur. İşdə olan Qobustan rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(026)-230/2013 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş X3 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxx 2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Müəyyən olundu ki, Qobustan rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş X3 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxx 2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş X3 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Hazırkı iş üzrə dövlət rüsumunun 1 il ərzində ödəməsinin məcmusu 500 manatdan çox olduğu üçün və iddia qismən təmin edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş X3 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar