Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-253/2022 03.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh vurduğu ziyana görə 25000 manat, əldən çıxmış faydaya görə 3750 manatın, hüquqi xidmətə görə ödənilmiş 100 manatın və iddia üçün ödənilmiş 177 manatın, ümumilikdə 29027 manat pulun tutularaq İddiaçı ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh vurduğu ziyana görə 25000 manat, əldən çıxmış faydaya görə 3750 manatın, hüquqi xidmətə görə ödənilmiş 100 manatın və iddia üçün ödənilmiş 177 manatın, ümumilikdə 29027 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh heyvanlara görə 31800 manat, arpaya görə 5960 manat, hüquqi xidmətə görə ödənilmiş cəmi 100 manat, dövlət rüsumu kimi ödənilmiş 177 manat nəzərə alınmaqla, cəmi 38037 manat pulun alınıb İddiaçı verilməsini xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, 2017-ci ildə Taptıqlı X5 adlı tanışının vasitəsi ilə Qobustan rayonu Xilmilli kənd sakini Cavabdeh tanımış, Elməddinlə həmsöhbət olan zaman Sənan Elməddinə bildirmişdir ki, əlində bir az pulu var, istəyir ki, kənd təsərrüfatı ilə məşğul olsun. Elməddin də Sənana onun tanıdığı bir adamın təsərrüfatdan başı çıxdığını deyərək onları tanış edə biləcəyini demişdir. X9 Mirələmovla tanış olaraq razılaşmışdır ki, iri və xırda buynuzlu mal-qara alacaq, heyvanların saxlanılması üçün Qabilin yaşadığı Qobustan rayonu, Xilmilli kəndində də bir həyət evi alıb tövlə və digər yardımçı tikililəri inşa edib təsərrüfatla məşğul olacaqlar. Bunun müqabilində hər ay maaş kimi Qabilə 300 manat pul veriləcək. İlk olaraq 2017-ci ilin dekabr ayında Sənan Qabillə birlikdə Şamaxı rayonunda yerləşən mal bazarı kimi tanınan bazardan 57 baş qoyun, 26 baş keçi almışlar. 2018-ci ilin yay aylarında yenə də Sənan Qabillə birlikdə Şamaxı rayon mal bazarından 24 baş iri buynuzlu mal-qara almışlar. Həmin ilin noyabr ayında 24 baş iribuynuzlu mal-qaradan 22 başını sataraq 76 baş xirda buynuzlu heyvan almışlar. Cavabdeh Sənana arpa əkinində də yaxşı gəlir əldə etmək olur adı ilə Sənana 22 ha sahədə arpa əkdirmişdir. Bundan başqa, heyvanların bəslənilməsi üçün 1000 ədəd ot bağlaması da aldırmışdır. Sənan hər dəfə təsərrüfatla maraqlanmaq üçün Qobustan rayonunun Xilmilli kəndinə getdikdə Qabil ona “hər şey qaydasındadır, heyvanlar örüş sahəsində otlayır” deyərək heyvanları ona göstərməmişdir. Sənan 2019-cu ilin avqust ayında yenidən təsərrüfatla maraqlanmaq üçün kəndə getmiş, Qabil yenə də hər şeyin qaydasında olduğunu dedikdə, ondan heyvanları örüşdən gətirməsini tələb etmişdir. Qabil Sənandan heyvanların gətirilməsini soruşduqda isə Sənan ona heyvanları sayacağını bildirmişdir.Qabil onu yenə də müxtəlif bəhanələrlə heyvanları göstərməkdən boyun qaçırması Sənanda şübhə yaratmış və israrla heyvanları örüşdən qapıya gətirməsini tələb etmişdir. Həmin zaman Sənana məlum oldu ki, iki yüzə yaxın xırda buynuzlu heyvandan cəmi 74 baş heyvan qalıb. Bu səbəbdən də Sənanla Qabil arasında mübahisə yaranmışdır. Sənan Qabildən heyvanların qalanını və 22 ha sahədən biçilmiş taxılı istədikdə isə, Cavabdeh 22 ha sahədən cəmi 4 ton arpa çıxdığını, həmin arpanın 1 tonunu itə yal kimi verdiyini bildirmişdir. Sənan Qabilin onun etibarından istifadə edərək heyvanlarını mənimsədiyinə görə Qabildən Qobustan rayon polis şöbəsinə şikayət etmişdir. Şöbədə Cavabdeh barəsində cinayət işi başlanmışdır. Lakin Qobustan rayon prokurorluğu mübahisənin mülki xarakterli olduğunu göstərərək cinayət işinin başlanmasını rədd etmişdir. Bundan başqa Cavabdeh heyvanların qış fəslində saxlanılması üçün alınmış 1000 ədəd ot bağlamasını da Sənanın evinə gizli yolla girərək götürüb satmış və qazanc əldə etmişdir. Cavabdeh İddiaçı vurduğu ziyana görə 37760 manat, əldən çıxmış faydaya görə 3750 manatın, hüquqi xidmətə görə ödənilmiş 100 manatın və iddia üçün ödənilmiş 177 manatın, ümumilikdə 41787 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 2017-ci ildə Elməddin adlı tanışının vasitəsi ilə Qobustan rayonu Xilmilli kənd sakini Cavabdeh tanımış, Elməddinlə həmsöhbət olan zaman əlində bir az pulu olduğunu və heyvan alıb kənd təsərrüfatı ilə məşğul olmaq istədiyini bildirmişdir. Elməddin də onun tanıdığı bir adamın təsərrüfatdan başı çıxdığını ona deyərək onları tanış edə biləcəyini demişdir. Beləliklə Cavabdehla tanış olaraq razılaşmışdır ki, iri və xırda buynuzlu mal-qara alacaq, heyvanların saxlanılması üçün Qabilin yaşadığı Qobustan rayonu, Xilmilli kəndində də bir həyət evi alıb tövlə və digər yardımçı tikililəri inşa edib təsərrüfatla məşğul olacaqlar. Bunun müqabilində isə hər ay maaş kimi Qabilə 300 manat pul veriləcək. İlk olaraq 2017-ci ilin dekabr ayında Qabillə birlikdə Şamaxı rayonunda yerləşən mal bazarı kimi tanınan bazardan 57 baş qoyun, 26 baş keçi almışlar. 2018-ci ilin yay aylarında yenə də Qabillə birlikdə Şamaxı rayon mal bazarından 24 baş iri buynuzlu mal-qara almışlar. Həmin ilin noyabr ayında 24 baş iribuynuzlu mal-qaradan 22 başını sataraq 76 baş xirda buynuzlu heyvan almışlar. Cavabdeh ona arpa əkinində də yaxşı gəlir əldə etmək olur adı ilə 22 ha sahədə arpa əkdirmişdir. Bundan başqa heyvanların bəslənilməsi üçün 1000 ədəd ot bağlaması da aldırmışdır. Sənan hər dəfə təsərrüfatla maraqlanmaq üçün Qobustan rayonunun Xilmilli kəndinə getdikdə Qabil ona “hər şey qaydasındadır, heyvanlar örüş sahəsində otlayır” deyərək heyvanları ona göstərməmişdir. 2019-cu ilin avqust ayında yenidən təsərrüfatla maraqlanmaq üçün kəndə getmiş, Qabil yenə də hər şeyin qaydasında olduğunu dedikdə, ondan heyvanları örüşdən gətirməsini tələb etmişdir. Qabil heyvanların gətirilməsini soruşduqda isə Qabilə heyvanları sayacağını bildirmişdir. Qabil onu yenə də müxtəlif bəhanələrlə heyvanları göstərməkdən boyun qaçırması onda şübhə yaratmış və israrla heyvanları örüşdən qapıya gətirməsini tələb etmişdir. Həmin zaman ona məlum oldu ki, iki yüzə yaxın xırda buynuzlu heyvandan cəmi 74 baş heyvan qalıb. Bu səbəbdən də Qabillə aralarında mübahisə yaranmışdır. Qabildən heyvanların qalanını və 22 ha sahədən biçilmiş taxılı istədikdə isə, Cavabdeh 22 ha sahədən cəmi 4 ton arpa çıxdığını, həmin arpanın 1 tonunu itə yal kimi verdiyini bildirmişdir. Qabilin onun etibarından istifadə edərək heyvanlarını mənimsədiyinə görə Qabildən Qobustan rayon polis şöbəsinə şikayət etmişdir. Şöbədə Cavabdeh barəsində cinayət işi başlanmışdır. Lakin Qobustan rayon prokurorluğu mübahisənin mülki xarakterli olduğunu göstərərək cinayət işinin başlanmasını rədd etmişdir. Bundan başqa Cavabdeh heyvanların qış fəslində saxlanılması üçün alınmış 1000 ədəd ot bağlamasını da onun evinə gizli yolla girərək götürüb satmış və qazanc əldə etmişdir. Cavabdeh heyvanlara və arpaya vurduğu ziyana görə 37760 manat, əldən çıxmış faydaya görə 3750 manatın, hüquqi xidmətə görə ödənilmiş 100 manatın və iddia üçün ödənilmiş 177 manatın, ümumilikdə 41787 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək izahat verərək göstərdi ki, İddiaçı Elməddin adlı tanışının vasitəsi ilə tanıyıb. Sənan Elməddinə kənd təsərrüfatı ilə məşğul olaraq heyvan almaq istədiyini bildirmiş, Elməddin də Sənanı onunla tanış etmişdir. heyvanların saxlanılması üçün Sənan Qobustan rayonu Xilmilli kəndində də bir həyət evi alıb tövlə və digər yardımçı tikililər inşa etdi və heyvanların saxlanılması üçün ona hər ay 300 manat pul verəcəyini dedi. Aralarında razılığa gəldikləri üçün ilk olaraq 2017-ci ilin dekabr ayında Sənanla birlikdə Şamaxı rayonunda yerləşən mal bazarı kimi tanınan bazardan 56 baş qoyun, 26 baş keçi almışlar. 2018-ci ilin yay aylarında yenə də Şamaxı rayon mal bazarından 24 baş iri buynuzlu mal-qara almışlar. Həmin ilin noyabr ayında 24 baş iribuynuzlu mal-qaradan 22 başını sataraq 76 baş xirda buynuzlu heyvan almışlar. İki baş iri buynuzlu heyvanları Sənanla Qobustan şəhərində iki qəssaba satmışlar. Qış sərt gəldiyindən heyvanlar tələf olmuş və hər dəfə də Sənana bu barədə məlumat vermişdir. Bundan əlavə 22 ha sahədə arpa əkmiş və heyvanların bəslənilməsi üçün isə 170 ədəd ot bağlaması almışlar. Həmin otu da heyvanlara yedirtmişdir. Həmin il quraqlıq olduğundan əkin zəif olmuşdur və 22 hektar yerdən cəmi 4 ton arpa biçdirmişdir. Sənanın onda 5 ədəd iti olmuşdur. Arpanın 1 tonunu da üyüdüb itlərə yal kimi vermişdir. X1 izahat verərək göstərdi ki, Cavabdeh əkin sahəsindən bir maşın arpa aparıb Qabilin həyətinə boşaltmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qobustan rayon prokurorluğunun 05 sentyabr 2019-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından 53C-19 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və X3 müraciəti ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qobustan rayon məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 6(026)-1/2021 saylı qərarından görünür ki, X2 vəkili və nümayəndəsi Vəkil Qobustan rayon prokurorunun köməkçisi Kənan Hüseynovun cinayət işini başlanmasının rədd olunması haqqında 05 sentyabr 2019-cu il tarixli qərarından verdiyi şikayət təmin olunmamış və X4 dəymiş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 iyul 2022-ci il tarixli UNİ/İ-622/22 saylı maddi ziyanın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, sifarişçi İddiaçı müraciətinə əsasən "xxxx" MMC-in qiymətləndirici -mütəxəssisləri tərəfindən vətəndaş İddiaçı məxsus bioloji aktivlərə - iri və xırdabuynuzlu heyvanlara dəymiş maddi ziyanın, həmçinin əldən çıxmış faydanın qiymətləndirilməsi və ədalətli bazar dəyərinin müəyyən edilməsi barədə müvafiq mütəxəssis rəyinin hazırlanması işi həyata keçirilmişdir. İddiaçı məxsus iri və xırdabuynuzlu heyvanların 2019-cu il avqust ayına bala artımı ilə birlikdə ədalətli bazar dəyəri 60510,0 (altmış min beş yüz on) manat, 2019-cu ilin avqust ayına manatla ifadədə dəyəri 60 510,0 (altmış min beş yüz on) manat, İddiaçı dəymiş maddi ziyanın 2019-cu ilin avqust ayına manatla ifadədə dəyəri 21100,0 (iyirmi bir min yüz) manat, X4 məxsus əmlakdan əldə edəcəyi mümkün gəlirin (əldən çıxmış faydanın) 2019-cu ilin avqust ayına manatla ifadədə 37340,0 (otuz yeddi min üç yüz qırx) manat təşkil edir. İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən iddianın əldən çıxmış faydaya 3750 manat pulla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus heyvanların xəstəlik və s. səbəbdən ölməsi faktlarını əks etdirən 57 ədəd fotoşəkildən 12 ədədi eyni heyvanın iki dəfə çəkilmiş fotoşəkili olduğundan sübut kimi qəbul edilə bilməz, qalan 45 ədəd fotoşəkil 45 baş xırda buynuzlu heyvanın ölməsi faktını təsdiq edən sübut kimi qiymətləndirilməlidir. Müəyyən olundu ki, İddiaçı 2017-ci ildə Elməddin adlı tanışının vasitəsi ilə Qobustan rayonu Xilmilli kənd sakini Cavabdeh tanımış, Elməddinə kənd təsərrüfatı ilə məşğul olmaq istədiyini bildirmişdir. Elməddin də Sənana onun tanıdığı bir adamın təsərrüfatdan başı çıxdığını deyərək onları tanış etmişdir. Sənan Qobustan rayonunun Xilmilli kəndində yaşayan Cavabdeh ilə tanış olaraq razılaşmışdır ki, iri və xırda buynuzlu mal-qara alacaq, heyvanların saxlanılması üçün Qabilin yaşadığı Qobustan rayonu, Xilmilli kəndində də bir həyət evi alıb tövlə və digər yardımçı tikililəri inşa edib təsərrüfatla məşğul olacaqlar. Bunun müqabilində hər ay maaş kimi Qabilə 300 manat pul veriləcək. İlk olaraq 2017-ci ilin dekabr ayında Sənan Qabillə birlikdə Şamaxı rayonunda yerləşən mal bazarı kimi tanınan bazardan 56 baş qoyun, 26 baş keçi almışlar. 2018-ci ilin yay aylarında yenə də Sənan Qabillə birlikdə Şamaxı rayon mal bazarından 24 baş iri buynuzlu mal-qara almışlar. Həmin ilin noyabr ayında 24 baş iribuynuzlu mal-qaradan 22 başını sataraq 76 baş xirda buynuzlu heyvan almışlar. Cavabdeh Sənana 22 ha sahədə arpa əkdirmişdir. Bundan başqa, heyvanların bəslənilməsi üçün 1000 ədəd ot bağlaması da aldırmışdır. Sənan 2019-cu ilin avqust ayında təsərrüfatla maraqlanmaq üçün kəndə getdiyi zaman məlum olmuşdur ki, xırda buynuzlu heyvandan cəmi 74 baş heyvan qalmışdır. Həmçinin müəyyən olundu ki, İddiaçı Əlbaba oğlunun Cavabdeh saxlamaq üçün heyvanlardan 6260 manat dəyərində 45 başının ölməsi faktı təsdiq olunur və həmin məbləğdə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 31500 manat əsas borc və hüquqi xidmətə görə 100 manat və 177 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31500 manat əsas borc və hüquqi xidmətə görə 100 manat və 177 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-253/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-253/2022
03.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver