Məhkəmə qərarları › İş №2(026)-255/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-255/2022

14.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-255/2022 14.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1920 manat borc və 50 manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1920 manat borc və 50 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X11 iddianı müdafiə edərək izahatında göstərdi ki, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində yaşayır. Yaşadığı evin həyətində kənd təsərrüfatı ilə məşğul olur, toyuq-cücə böyüdüb həyətində satır. Qobustan rayonunun Təklə kənd sakini Cavabdeh1 Hacı oğlunu kəndə gəlib toyuq-cücə alan müştəri kimi eşitmişdir. 2017-cı ilin aprel ayında Cavabdeh1 gəlib ondan cücə alanda isə onu görmüşdür. 2017-ci ilin aprel ayında Cavabdeh1 və onun oğlu Cavabdeh2 ilə birlikdə onun həyətinə gələrək ondan 2000 ədəd cücə alıb cücələrin pulu olan 2020 manatı isə bir ay müddətinə verəcəklərini deyərək aparmışlar. Lakin onlar nisyə aldıqları cücələrin pulunu dedikləri vaxtda qaytarmadıqlarına görə həm Gülağadan, həm də Samirdən dəfələrlə pulunu istəsə də hər dəfə bir bəhanə gətirərək pulunu vermək istəmirlər. 2018-ci ildə Gülağa oğlu Samirlə birlikdə 2020 manatdan ona 100 manat pul verib qalan pulu da yaxın zamanda verəcəklərinə söz vermişlər. 50 manata taksi tutub cavabdehlərin yaşadığı kəndə gələrək Gülağanın evinə getmişdir. Gülağa, onun arvadı və oğlu Samir qızlarına toy edəcəklərini toydan sonra isə onun pulu bütöv şəkildə verəcəklərini desələr də toydan sonra ona toydan borclu çıxdıqlarını deyərək borclarını yaxın zamanda qaytaracaqlarına söz verdilər. Lakin pulun qaytarılmadığını görüb Gülağanın mobil telefonuna zəng vurmuş, Gülağaya isə zəng çatmamışdır. Bundan sonra Samirin mobil telefonuna zəng vurmuş, Samir isə telefonu açmamışdır. Bu səbəbdən də yenidən 50 manata taksi tutub yenidən onların evlərinə gəlmiş, lakin cavabdehlər ona olan borcu qaytarmamışlar. Hazırda cavabdehlər Gülağa və Cavabdeh2lərlə aralarında razılığa gəlmişlər. Ona görə də cavabdehlərdən 1000 manat pul və 50 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 izahat verərək göstərdi ki, oğlu Samirlə birlikdə 2017-ci ildə Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində Kəmalə adlı qadında 2000 ədəd cücə alıb, pulunu isə cücələri satıb bir ay müddətində qaytaracağını bildirmişdir. Lakin cücələri gətirdikdən sonra qulluq edə bilməmiş və cücələr ölmüşdür. Cücələri sata bilmədiyindən və maddi imkanı olmadığından Kəmaləyə olan borcunu qaytara bilməmişdir. Hazırda Kəmalə ilə aralarında razılığa gəlmişlər. Oğlu Samirlə birlikdə Kəmaləyə aralarında gəldikləri razılığa əsasən 1000 manat pulu yaxın zamanda qaytaracaqdır. Cavabdeh2 izahat verərək göstərdi ki, atası Cavabdeh1lə birlikdə 2017-ci ildə Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində Kəmalə adlı qadında 2000 ədəd cücə alıb, pulunu isə cücələri satıb bir ay müddətində qaytaracaqlarını bildirmişlər. Lakin cücələri sata bilməmişlər və cücələr ölmüşlər. Cücələrin pulundan Kəmaləyə 100 manat versələr də, qalan pulu Kəmaləya qaytarmağa maddi imkanları olmamışdır. Hazırda Kəmalə ilə aralarında razılığa gəlmişlər. Oğlu Samirlə birlikdə Kəmaləyə aralarında gəldikləri razılığa əsasən 1000 manat pulu yaxın zamanda qaytaracaqdır. X1 ifadə verərək göstərdi ki, iddiaçı Kəmalə Əkbərova ilə bir kənddə, yəni Qubalıbaloğlan kəndində yaşayır, eyni zamanda hər ikisi kənd sakinlərinin çoxu kimi cücə saxlayıb satışı ilə məşğul olurlar. Qobustan rayonunun Təklə kənd sakinləri Gülağa və onun oğlu Cavabdeh2lər mütəmadi olaraq onların kəndinə gəlib cücə alır və bəzən pulunu nağd verir, bəzən isə nisyə aparırlar. Sonuncu dəfə Kəmalədən 2000 manat dəyərində cücə aparıb pulunu bir ay müddətində verəcəklərini söz versələr də, bu günə kimi həmin məbləğdən cəmi 100 manat pul qaytarmışlar. Kəmalə və onun anası bir neçə dəfə taksi tutaraq Gülağanın evinə getmişlər, lakin cavabdehlərdən borcunu ala bilməmişlər. Gülağa ondan da bir manat otuz qəpikdən olmaqla 2000 ədəd cücə almış və ona olan cəmi 200 manat pul vermişlər, cücənin pulundan qalan pulu isə bu günə kimi Gülağadan ala bilmir. X4 ifadə verərək göstərdi ki, Cavabdeh1 və onun oğlu Cavabdeh2 dəfələrlə onların yaşadığı Qubalıbaloğlan kəndinə gəlib ondan və digər kənd sakinlərindən cücə alıb pulunu verirdi. Sonuncu dəfə Gülağa və oğlu Samir ondan və həmkəndlisi Kəmalə Əkbərovadan cücə alıb apardılar və pulunu qaytarmadılar. Kəmalə və o dəfələrlə taksi tutub cavabdehlərin yaşadıqları Təklə kəndinə getmişlər, lakin cavabdehlər hər dəfə bir bəhanə gətirərək onların pulunu verməmişlər. Sonuncu dəfə Gülağanın evinə gedərkən həyətdə toy məclisi olduğunu görmüşlər. Gülağa onlara qızına toy etdiyini, qonaqların yanında onları rüsvay etməmələrini onlardan xahiş edərək beş gün ərzində onların pulunu verəcəyini deyərək onları yola salmışlar. Bir neçə müddət gözlədikdən və cavabdehlərin mobil telefonuna zəng çatmadığından yenidən taksi ilə Təklə kəndinə gəlmişlər. Lakin Gülağanın həmin kənddən köçdüyünü eşidib yenidən evlərinə qayıtmışlar. Gülağanın ona da borcu vardır. X2 izahat verərək göstərdi ki, iddiaçı Kəmalə Ələkbərova onun qızıdır. Kəmalə ona Qobustan rayonunun Təklə kənd sakinləri Cavabdeh1 və onun oğlu Samir onların kəndinə gələrək qızı Kəmalədən 1920 manat dəyərində cücə alıb aparmasını və Kəmalənin pulunu qaytarmadıqlarını demişdir. Məhkəmə iclasında şahid X7 ifadə verərək göstərdi ki, Cavabdeh1lə qonşudur. Gülağa əvvəllər gözətçi işləmiş, hazırda isə təqaüddədir. Onun toyuq-cücə satmasını görməmişdir. X3 ifadə verərək göstərdi ki, Cavabdeh1 ilə həm qonşu, həm də iş yoldaşı olmuşdur. 2014-cü ildən onunla birlikdə fövqəladə halların anbarında mühafizəçi işləmişlər. Cavabdeh1 nəyinsə alverini edən görməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və istinad edilən normalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1000 manat borc və 50 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X8 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1000 manat borc və 50 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X8 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar