Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-259/2023 25.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Əmixan oğlunun cavabdeh X1 qarşı 4811 manat 52 qəpik pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı Əmixan oğlu cavabdeh X1 qarşı 4811 manat 52 qəpik pul tələbinə dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi göndərmişdir. İddiaçı Əmixan oğlu iddia ərizəsində göstərmişdir ki, o, mülkiyyətində olan Opel markalı ** BZ *** dövlət nömrə nişanlı avtomaşını 2013-cü ildə həmkəndlisi Cavabdeh aralarında olan razılaşma ilə 5800 ABŞ dollarına baş etibarnamə ilə satmış, 3000 ABŞ dollarını 2015-ci ilədək ödəmişdir. Qalan pulunu istədikdə isə Əliş hər dəfə pulu olmadığını deyərək borcunu qaytarmamışdır. Qobustan rayon məhkəməsinin 11 fevral 2020-ci il tarixli 8(026)-2/2020 saylı qərardadı ilə Cavabdeh ona olan borcun 4 ay müddətində ödənilməsi bildirilsə də, Cavabdeh ona olan borcunu tam ödəməmişdir. Cavabdeh 29 noyabr 2015-ci il tarixdə qəbz yazaraq ona olan 2800 ABŞ dolları borcunu təsdiq etmişdir. Cavabdeh ona olan borcu ABŞ dollarının bu günə olan məzənnəsi ilə götürüldükdə 1 ABŞ dolları 1,71 manata nisbətdə cəmi 4762,8 manat hesablanmalı və Cavabdeh 4811,52 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən edildi ki, ərizənin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsinin yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, 2(026)-74/2019 saylı mülki işin materiallarından görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5000,94 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Qobustan rayon məhkəməsinin 17 aprel 2019cu il tarixli 2(026)-74/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh 2782 manat 40 qəpik borc pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. İcra vərəqəsi hazırda Qobustan rayon icra və probasiya şöbəsinin icraatındadır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Əmixan oğlunun cavabdeh X1 qarşı 4811 manat 52 qəpik pul tələbinə dair iddia ərizəsini iddia ərizəsinin yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: M.Q. Quliyev
Məhkəmə qərarları › İş №2(026)-259/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-259/2023
25.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver