Məhkəmə qərarları › İş №2(026)-260/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-260/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-260/2021 04.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılaraq 200 manat müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılaraq 200 manat müəyyən edilməsi tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə 2007-ci il tarixdə evlənmişlər, nikahlarını 11 sentyabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 23 dekabr 2008-ci ildə Ayşən adlı bir uşaqları anadan olmuşdur. Əmirağa ilə xasiyyətləri düz gəlmədiyindən Qobustan rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(026)-7/2018 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və qızı Ayşənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Əmirağadan hər ay 120 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Qızı Ayşən skleroz xəstəliyindən əziyyət çəkir, onun müalicə olunması üçün isə maliyyə vəsaiti tələb olunur. Uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə aliment miqdarının artırılaraq 23 dekabr 2008-ci il təvəllüdlü övladı Ayşənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Əmirağadan hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, iddiaçı İddiaçı ilə 11 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha girərək evlənmişlər. Birgə nikahdan 23 dekabr 2008-ci ildə Ayşən adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri düz gəlmədiyindən Qobustan rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(026)-7/2018 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və qızı Ayşənin yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 120 manat sabit pul məbləğində aliment alınıb Əminəyə verilməsi qət edilmişdir. Hər ay təyin olunmuş alimenti ödəyir. Övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün tələb olunan 200 manat məbləğ çoxdur. Lakin buna baxmayaraq övladının saxlanılması üçün 150 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(026)-7/2018 saylı qətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 11 sentyabr 2007-ci ildə 09 saylı qeydə alınmış nikah pozulmuş, 23 dekabr 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 oktyabr 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutulub X2 verilmişi qət edilmişdir. Müəyyən olundu ki, Qobustan rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə 23 dekabr 2008-ci il tarixdə anadan olmuş Ayşənin yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 oktyabr 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 23 dekabr 2008ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq Cavabdeh oğlundan hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Hazırkı iş üzrə dövlət rüsumunun 1 il ərzində ödəməsinin məcmusu 500 manatdan çox olduğu üçün və iddia qismən təmin edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23 dekabr 2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq cavabdeh Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar