Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-280/2021 11.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1452,96 manat əsas və 50,13 manat faiz borcu olmaqla, cəmi 1503,09 manat kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidməti borcunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 izahatında göstərdi ki, "xxxx" ASC-nin “Şamaxı” filialı ilə X10 oğlu arasında bağlanmış 21 yanvar 2018ci il tarixli 2-25.01.2018-002818 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh illik 27 faiz olmaqla 36 ay müddətinə 2000 manat kredit götürmüşdür. X10 oğlu 11 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 15 mart 2021-ci il tarixli 773 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh 29 noyabr 2019-cu il tarixli 2V-1741 reyestr nömrəli X8 şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımında icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh 1452,96 manat əsas və 50,13 manat faiz borcu olmaqla, cəmi 1503,09 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutulub "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, İİ qrup əlil olan əri X3 müalicəsinə pul lazım olduğundan Bayram "xxxx" ASC ilə aralarında bağlanmış 21 yanvar 2018-ci il tarixli 2-25.01.2018-002818 saylı kredit müqaviləsinə əsasən illik 27 faiz olmaqla 36 ay müddətinə 2000 manat kredit götürmüşdür. 11 aprel 2019-cu il tarixdə Bayram vəfat etmişdir. Özü isə işsiz olduğuna görə Bayramın banka olan borcunu ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, iddiaçı "xxxx" ASC-nin Şamaxı filialı ilə X10 oğlu arasında bağlanmış 21 yanvar 2018-ci il tarixli 2-25.01.2018-002818 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 27 faiz olmaqla 36 ay müddətinə 2000 manat kredit verilmişdir. X10 oğlu 11 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 15 mart 2021-ci il tarixli 773 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh 29 noyabr 2019-cu il tarixli 2V-1741 reyestr nömrəli X8 şəhadətnamə verilmişdir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. X3 banka 1452,96 manat əsas və 50,13 manat faiz borcu qalmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin “Şamaxı” filialı ilə X6 arasında bağlanmış 21 yanvar 2018-ci il tarixli 2-25.01.2018-002818 nömrəli kredit müqaviləsindən görünür ki, X4 illik 27 faiz olmaqla 36 ay müddətinə 2000 manat kredit verilmişdir. "xxxx" ASC-nin “Şamaxı” filialının maliyyə arayışından görünür ki, X3 banka1452,96 manat əsas və 50,13 manat faiz borcu vardır. Mərəzə sovetliyinin verdiyi 16 noyabr 1987-ci il tarixli İV-JQ seriyalı 365867 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 Cavabdeh ilə 16 noyabr 1987-ci il tarixdə nikahlarını 23 sayla qeyd etdirməklə evlənmişlər. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 19 aprel 2019-cu il tarixdə verilmiş AZ-İ 974201 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə X8 29 noyabr 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, 11 aprel 2019-cu il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır. "xxxx" ASC-nin 27 may 2021-ci il tarixli PKİD/ mis-0119 saylı bildirişin surətindən görünür ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borcu kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1036.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1452,96 manat əsas və 50,13 manat faiz borcu olmaqla, cəmi 1503,09 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı alınıb "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1452,96 manat əsas və 50,13 manat faiz borcu olmaqla, cəmi 1503,09 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı alınıb "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-280/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-280/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver