Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-281/2021 23.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və X2 iştirakı ilə İddiaçı Cavabdeh1 və X1 ona dəymiş 6900 manat məbləğində maddi zərərin müştərək qaydada alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh1 və X1 ona dəymiş 6900 manat məbləğində maddi zərərin müştərək qaydada alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və X3 ilə barışdığını göstərərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X3 məhkəməyə ərizə təqdim edərək İddiaçı ilə barışdıqlarını göstərərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı Cavabdeh1 və X1 ona dəymiş 6900 manat məbləğində maddi zərərin müştərək qaydada alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-281/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-281/2021
23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver