Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-281/2022 21.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 6744 manat 04 qəpik, mediasiya xərci üçün 50 manat və 49 manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 6744,04 manat, mediasiya xərci üçün ödənilmiş 50 manat və 49 manat ödənilmiş dövlət rüsumunun alınıb cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında 21 aprel 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh marketdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X12” haqqında müqavilə imzalanmışdır. 12 avqust 2020-ci il tarixli 473 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh Maqsııd oğlu 19 iyun 2019-cu il, 10 dekabr 2019-cu il, 24 mart 2020-ci il və 11 iyun 2020-ci il tarixlərində İddiaçı MMC-də çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, 19 iyun 2019-cu il, 10 dekabr 2019-cu il, 24 mart 2020-ci il və 11 iyun 2020-ci il tarixli “İnventarizasiya nəticələrinə” dair aktlara əsasən yekun ziyan məbləği 15823 manat 99 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 9079 manat 95 qəpik hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Cavabdeh halhazırda İddiaçı MMC-yə ümumilikdə 6744 manat 04 qəpik borcu vardır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də Cavabdeh 6744,04 manat dəymiş ziyan, 50 manat mediasiya xərci və 49 manat ödənilmiş dövlət rüsumunun İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir. İddiaçı ilə aralarında 21 aprel 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən administrator vəzifəsinə işə qəbul olunmuş və “X12” haqqında müqavilə imzalanmışdır. 12 avqust 2020-ci i! tarixli 473 saylı əmrlə işdən azad edilmişdir.İddiaçı MMC-in Biləcəri filialında işlədiyi iki il müddətdə bir ildən çox saylı olmuş, 1800 manat kəsir gəlmişdir. 5000 manat limiti olduğuna görə şirkət onun borcunu silmişdir. Bundan sonra şirkətin Binəqədi filialında üç ay müddət işləmişdir. Həmin müddətdə isə 6000 manat kəsir hesablanmışdır. Həmin məbləğlə razı deyil. Binəqdi filalında həmişə oğurluq olmuşdur. Bütün məsuliyyət onun üstündə olduğu üçün çatdıra bilməmişdir. Zərər də buna görə olmuşdur. Şirkətin ondan tələb etdiyi məbləğ çoxdur. Şirkətə 2000 manat pul ödəyə bilər. Məhkəmədən iddianın qismən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 aprel 2017-ci il tarixli əmək müqaviləsinin surətində göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında 21 aprel 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı şəbəkəsinin satış əməliyyatları şöbəsinə administrator vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 175 manat müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 aprel 2017-ci il tarixli 189-K saylı əmrdən çıxarışın surətində göstərilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 3 ay sınaq müddəti müəyyən edilməklə administrator vəzifəsinə işə qəbul edilsin, əmək haqqı ştat cədvəlinə əsasən 175 manat olmaqla əmək haqqı ödənilsin. İddiaçı 12 avqust 2020-ci il tarixli 473 saylı əmrin surətində göstərilir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə İ. Qaçayevin öz xahişi ilə xitam verilmişdir. İddiaçı 19 iyun 2019-cu il tarixli, 10 dekabr 2019-cu il tarixli, 24 mart 2020-ci, 15 aprel 2020ci, 13 iyul 2020-ci aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktlarından görünür ki, müddəti əhatə edən dövrdə Cavabdeh admistrator kimi maddi-məsul şəxs qismində işlədiyi İddiaçı MMC-də mağazasında 15823,99 manat əskikgəlmə olmuş, 9079,95 manat güzəşt tətbiq edildikdən sonra faktiki əskikliyin miqdarı 6744,04 manat təşkil etmişdir. İddiaçı 26 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı inventarizasiyası və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 19 iyun 2019-cu il tarixində 2837,07 manat , 10 dekabr 2019-cu il tarixdə 2687,13 manat, 24 mart 2020-ci il tarixində 8994,59 manat, 11 iyun 2020-ci il tarixində 5,20 manat olmaqla, ümumilikdə 15823,99 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 9079,95 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş, Cavabdeh 26 yanvar 2022-ci il tarixinə, “OBA Market" MMC-yə olan ümumi borcu 6744,04 manat təşkil edir. İddiaçı 24 noyabr 2020-ci il tarixli DN-6571 saylı Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və 12600,60 manat əskikgəlmə aşkarlanmışdır. Cəmiyyət tərəfindən ona güzəşt olunmuş, hazırda 6744,04 manat qalıq borcun qısa müddətdə cəmiyyətə ödənilməsi təklif edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 mart 2020-ci il tarixli imtina aktının surətindən görünür ki, işçi qrupunun üzvləri X4,X3 və X1 "xxxx" MMC-nin Baki S-İ Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov 129 A ünvanda yerləşən, Binəqədi 7 (558) mağazasında “24” mart 2020-ci il tarixdə maddi məsul şəxs Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə sayımda iştirak etsə də, şifahi müraciətlər edilməsinə, zənglər edilməsinə baxmayaraq, o çağırışlara məhəl qoymadan mağazaya gəlməmiş və bununla da, malların inventarizasıyasında iştirak etməkdən imtina etmişdir. Bakı 5 saylı Mediasiya təşkilatının 28 aprel 2022-ci il tarixli MŞB/5-01518 saylı ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayışından görünür ki, Cavabdeh ünvanına ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 1 həftə əvvəl yazılı qaydada mediasiyaya dəvət məktub göndərilmişdir. "xxxx" MMC-nin nümayəndəsi X5 ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 21 aprel 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh marketdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X12” haqqında müqavilə imzalanmışdır. Cavabdehlə bağlanmış əmək müqaviləsinin 5,1 və 5,2-ci bəndləri X12 barədə müqavilənin şərtlərinə görə mağazada ola biləcək əskikliyə görə cəmiyyətə dəyən ziyanı ödəməyi öhdəsinə götürmüşdür. 19 iyun 2019-cu il, 10 dekabr 2019cu il, 24 mart 2020-ci il və 11 iyun 2020-ci il tarixdə maddi-məsul şəxs kimi işlədiyi mağazada inventarizasiya-yoxlama aparılarkən 15823,99 manat əskiklik aşkar olunmuş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 9079 manat 95 qəpik hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6744 manat 04 qəpik borcu vardır. Ona edilən rəsmi xəbərdarlığa baxmayaraq cəmiyyətə olan 6744,04 manat borcu ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X12 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada X12 daşıyırlar. Həmin Məcəllənin 202-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək və tam maddi-məsuliyyət haqqında müqavilələrin şərtlərinə və habelə yuxarıda qeyd olunan mülki hüquq normalarına görə Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 6744,04 manat, mediasiya xərci üçün ödənilmiş 50 manat və 49 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 6744,04 manat, mediasiya xərci üçün ödənilmiş 50 manat və 49 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-281/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-281/2022
21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver