Məhkəmə qərarları › İş №2(026)-283/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-283/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-283/2021 09.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 22 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********52523 olan “Samsung Galaxy A10” markalı telefonu almış, nəticə də 455 manat borcu yaranmışdır. Cavabdeh 22 noyabr 2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 507 manat (21 ay x 24 manat+3 manat ilkin ödəniş) olan İMEİ kodu **********52523 olan “Samsung Galaxy A10” markalı telefon üçün 455 manat olmaqla, ondan 369 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 86 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh cəmi 138 manat ödəniş etmişdir. Həmin müqavilənin təminatı olaraq 22 noyabr 2019-cu il tarixdə Cavabdeh2 ilə "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Zamin alıcı ilə birgə məsuliyyət daşıyır. 22 noyabr 2019-cu il müqaviləyə əsasən, İMEİ Kodu **********52523 olan “Samsung Galaxy A10” markalı telefon üçün 369 manat ödənilməmiş hissə, 86 manat dəbbə olmaqla, cəmi 455 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və zamin Cavabdeh2 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə teleqram göndərərək iddia ərizəsini müdafiə etdiklərini, işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Müəyyən olundu ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh1 arasında 22 noyabr 2019-cu il tarixli 01068251 müqavilə bağlanmış, Cavabdeh1 İMEİ kodu **********52523 olan “Samsung Galaxy A10” markalı telefonu almışdır. Cavabdeh 22 noyabr 2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 507 manat olan İMEİ kodu **********52523 olan “Samsung Galaxy A10” markalı telefon üçün 455 manat olmaqla, ondan 369 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 86 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh1 cəmi 138 manat ödəniş etmişdir. Cavabdeh1 həmin müqavilənin təminatı olaraq Cavabdeh2 "xxxx" MMC qarşısında zamin etmiş və zaminlə "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli 01068251 saylı müqavilədən görünür ki, Cavabdeh1 "xxxx" MMC-dən İMEİ kodu **********52523 olan “Samsung GalaxyA10” markalı telefon almış, müqavilənin bütün şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-yə olan borcunu ödəmədiyi üçün onun "xxxx" MMC-yə cəmi 455 manat borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh2 arasında 22 noyabr 2019-cu il tarixli 01068251 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 "xxxx" MMC qarşısında öhdəliklərini icra etmədikdə o, alıcı ilə birgə məsuliyyət daşıyır. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 "xxxx" MMC-yə cəmi 455 manat borcu yaranmışdır. 11 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi üçün borclulara xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 369 manat ödənilməmiş hissə, 86 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 455 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 369 manat ödənilməmiş hissə, 86 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 455 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar