Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-285/2021 02.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ləğv prosesində olan İddiaçı ASC-nin X4, Zamin1, Zamin2 və Zamin3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər X4, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada 12 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 2740,76 ABŞ dolları əsas borc, 5271,53 ABŞ dolları faiz borcu, 5618,68 ABŞ dolları cərimə borcu, kredit müqaviləsininmüddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,90 ABŞ dolları faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı onunla əsaslandırmışdır ki, 12 yanvar 2015ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X2 illik faiz dərəcəsi 27 faiz olmaqla, 24 ay müddətinə 6500 ABŞ dolları kredit verilmiş, borcun təminatı olaraq Zamin1, Zamin2 ilə bank arasında 12 yanvar 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə 20 may 2015-ci il tarixli əlavə sazişə əsasən bankla Zamin1 və X3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə şifahi müraciət olunmasına, habelə 29 oktyabr 2018-ci il tarixli **********361 saylı, 29 oktyabr 2018-ci il tarixli **********360 saylı və 17 fevral 2021-ci il tarixli **********720 saylı bildirişlər göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh X1 12 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə banka olan borcu 2740,76 ABŞ dolları əsas borc, 5271,53 ABŞ dolları faiz borcu, 5618,68 ABŞ dolları cərimə borcu, kredit müqaviləsininmüddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,90 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdehlər X4, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada 12 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 2740,76 ABŞ dolları əsas borc, 5271,53 ABŞ dolları faiz borcu, 5618,68 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,90 ABŞ dolları faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə teleqram göndərərək işlərinin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər X4, Zamin1, Zamin2 və Zamin3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında 12 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi bağlanmış, İddiaçı ASC tərəfindən X2 illik faiz dərəcəsi 27 faiz olmaqla, 24 ay müddətinə 6500 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq Zamin1, Zamin2 ilə bank arasında 12 yanvar 2015-ci il tarixdə zaminlik müqaviləsi və 20 may 2015-ci il tarixli əlavə sazişə əsasən bankla Zamin1 və X3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcu ödəməmişlər. Cavabdehlər X4, Zamin1, Zamin2 və Zamin3 12 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən banka 2740,76 ABŞ dolları əsas, 5271,53 ABŞ dolları faiz, 5618,68 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,90 ABŞ dolları faiz borcu vardır. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3194/17 saylı 27 dekabr 2017ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. 12 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X2 6500 ABŞ dolları kredit verilmişdir. İddiaçı ASC-nin 12 yanvar 2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Zamin1, Zamin2 arasında zaminlik müqaviləsi bağlanmış. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İddiaçı ASC-nin ********* saylı 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə 20 may 2015-ci il tarixli əlavə sazişin surətindən görünür ki, bankla Zamin1 və X3 arasında zaminlik müqaviləsi bağlanmış. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İddiaçı ASC-nin 29 mart 2021-ci il tarixli **********044 saylı məlumatda göstərilir ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 2740,76 ABŞ dolları əsas, 5271,53 ABŞ dolları faiz, 5618,68 ABŞ dolları cərimə borcu, 381,90 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 14012,87 ABŞ dolları məbləğində borcu vardır. 17 fevral 2021-ci il tarixli **********720 saylı bildirişdə göstərilir ki, İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən cərimə borcunun 5618,68 ABŞ dolları hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcu 2700 ABŞ dolları müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən cavabdehlər X4, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada 12 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 2740,76 ABŞ dolları əsas borc, 5271,53 ABŞ dolları faiz borcu, 2700 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,90 ABŞ dolları faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X4, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada 12 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 2740,76 ABŞ dolları əsas borc, 5271,53 ABŞ dolları faiz borcu, 2700 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,90 ABŞ dolları faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-285/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-285/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver