Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-285/2024 12.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı Şahdağ Milli Parkının Cavabdeh təbiətə dəymiş 99 manat ziyan məbləğinin alınıb Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şahdağ Milli Parkının Cavabdeh təbiətə dəymiş 99 manat ziyan məbləğinin alınıb Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şahdağ Milli Parkının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 iyun 2023-cü il tarixdə Şahdağ Milli Parkı İsmayıllı bölməsi “Babadağ” ərazisində Milli Parkın əməkdaşları mühafizə rejiminin yoxlanılması məqsədilə qəfləti yoxlama keçirən zaman ərazidə 45 baş xırda buynuzlu mal-qara otaran Qobustan rayonu Dərəkənd kənd sakini Cavabdeh qanunsuz olaraq 45 baş xırda buynuzlu heyvanları otaran zaman əməkdaşlar tərəfindən saxlanılmış və barəsində 14 fevral 2023-cü il tarixdə AA-000597 nömrəli akt və MN-1202147 nömrəli protokol tərtib edilmişdir. Cavabdeh heyvanları otarması nəticəsində təbiətə vurduğu 99 manat maddi ziyanın alınıb Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı 14 iyun 2023-cü il tarixdə özünə məxsus xırda buynuzlu heyvanları otararkən heyvanlar Şahdağ Milli Parkı İsmayıllı bölməsi “Babadağ” ərazisinə girmişlər. Milli Parkın əməkdaşları ora gələrək barəsində 14 fevral 2023-cü il tarixdə AA-000597 nömrəli akt və MN-1202147 nömrəli protokol tərtib edilmiş və təbiətə vurulan ziyanın 99 manat olduğunu müəyyən etmişlər. Borcu ödəyəcək. İddiaçı Şahdağ Milli Parkının nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 18 iyul 2023-cü il tarixli MN-1389548 nömrəli protokoldan görünür ki, Cavabdeh qanunsuz olaraq 45 baş xırda buynuzlu heyvanları Şahdağ Milli Parkı İsmayıllı bölməsi “Babadağ” ərazisində otararaq təbiətə ziyan vurduğuna görə Azərbaycan Respublikası İXM-in 257-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. 14 iyun 2023-cü il tarixli AAN-000537 nömrəli aktdan görünür ki, Cavabdeh 14 iyun 2023cü il tarixdə Şahdağ Milli Parkı İsmayıllı bölməsi “Babadağ” ərazisində 45 baş xırda buynuzlu heyvanları qanunsuz otarması nəticəsində təbiətə 99 manat maddi ziyan dəymişdir. 14 fevral 2023-cü il tarixdə AA-000597 nömrəli aktdan görünür ki, 14 iyun 2023-cü il tarixdə Şahdağ Milli Parkı İsmayıllı bölməsi “Babadağ” ərazisində xırda buynuzlu heyvanların yay otlaq sahələrinə köç etməsi zamanı Qobustan rayonu Dərəkənd kənd sakini Cavabdeh qanunsuz olaraq 45 baş xırda buynuzlu heyvanları “Babadağ” ərazisində otarması aşkar olunmuşdur. Müəyyən olundu ki, Cavabdeh 14 fevral 2023-cü il tarixdə özünə məxsus xırda buynuzlu heyvanları Şahdağ Milli Parkı İsmayıllı bölməsinin “Babadağ” ərazisində qanunsuz olaraq otarmış və nəticədə təbiətə 99 manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh təbiətə dəymiş ziyana görə 99 manat maddi ziyan alınıb “Şahdağ” Milli Parkın büdcədənkənar hesabına və Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 99 manat maddi ziyan alınıb “Şahdağ” Milli Parkın büdcədənkənar hesabına ödənilsin. Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-285/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-285/2024
12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver