Məhkəmə qərarları › İş №2(026)-286/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-286/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-286/2021 01.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Tədbir oğluna qarşı "xxxx" ASC-yə kredit müqaviləsi üzrə əvəzinə ödədiyi 340 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Tədbir oğluna qarşı "xxxx" ASC-yə kredit müqaviləsi üzrə əvəzinə ödədiyi 340 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayon məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(026)-952/2016 saylı icra sənədinə əsasən Cavabdeh Tədbir oğlundan və ondan "xxxx" ASC-nin xeyrinə 1175,16 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun ödənilməsi bildirilmişdir. Tələbkar "xxxx" ASC-nin ərizəsinə əsasən qətnamənin icrası ilə əlaqədar borclu Cavabdeh Tədbir oğlundan və ondan göstərilən məbləğin tutulması tədbiri kimi qeydiyyat ünvanına və iş yerlərinə müvafiq sənədlər göndərilir. Qobustan rayon məhkəməsi tərəfindən verilmiş 2(026)-952/2016 sayli 31 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinin 05 fevral 2021-ci il tarixli 17/65 7269/9 saylı məktubu ilə zamin olduğuna görə qərarın icrası ilə əlaqədar onun iş yerindən N.Nərimanov adına NQÇİ-də əmək haqqından "xxxx" ASC-nin xeyrinə 340 manat ödənilmişdir. "xxxx" ASC-yə müqavilə üzrə borclu olan cavabdeh Cavabdeh Tədbir oğlunun borcuna görə ödədiyi 340 manat kredit borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Tədbir oğlundan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Tədbir oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikadı Ədliyyə Nazirliyi Bakı şəhəri icra və probasiya şöbəsinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə ünvanlandığı 05 fevral 2021-ci il tarixli 952 saylı məktubda göstərilir ki, Qobustan rayon məhkəməsinin 2(026)-952/2016 saylı, 31 oktyabr 2016-cı il i icra sənədinə əsasən 1175,16 ABŞ dolları məbləğində qalıq borcun ödənilməsi tam təmin edilənədək İddiaçı hər ay əmək haqqından 50 faiz tutmaqla tələbkar Ləğv Prosesində olan "xxxx" ASC-nin hesabına keçirilməsi və borc ödənildikdən sonra 202,59 ABŞ dolları məbləğində icra ödənişinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qaradağ rayon icra şöbəsinin hesabına tutulması xahiş olunmuşdur. "xxxx" ASC-nin “Qaradağ” filialının 01 fevral 2021-ci il tarixli haqq-hesab vərəqəsinin surətindən göstərilir ki, 01 fevral 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək ayrı-ayrı vaxtlarda İddiaçı əmək haqqından bankın “Qaradağ” filialı tərəfindən 340 manat tutulma əməliyyatı aparılmışdır. Müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh Tədbir oğlu arasında 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik faizi 25 % olmaqla 24 ay müddətinə 3000 ABŞ dolları kredit verilmişdir. Bu borcun təminatı olaraq İddiaçı ilə bank arasında 13 noyabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış və zaminin Cavabdeh bank qarşısında öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh Tədbir oğlunun kredit müqaviləsi üzrə banka 29 iyun 2016-cı ilə kimi 2299.8 ABŞ dolları əsas, 506.94 ABŞ dolları faiz, 87.45 ABŞ dolları cərimə, cəmi 2894.19 ABŞ dolları borcu olmuş, cavabdehə borcun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməmişdir. Qobustan rayon məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(026)- 952/2016 saylı qətnaməsi ilə Cavabdeh Tədbir oğlu və İddiaçı 2299.8 ABŞ dolları əsas, 506.94 ABŞ dolları faiz, 87.45 ABŞ dolları cərimə, cəmi 2894.19 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx"ASC-yə ödənilməsi qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün zaminin yaşadığı yer üzrə Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qaradağ rayon icra və probasiya şöbəsinin 05 fevral 2021-ci il tarixli 17/65 7269/9 saylı məktubu ilə zamin İddiaçı işlədiyi N.Nərimanov adına NQÇİ-ə göndərilmiş və İddiaçı hər ay əmək haqqından 50 faiz tutmaqla tələbkar "xxxx" ASC-nin hesabına keçirilməsi və borc ödənildikdən sonra 202,59 ABŞ dolları məbləğində icra ödənişinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qaradağ rayon icra şöbəsinin hesabına tutulması xahiş olunmuşdur. Həmin pulun tutulması İddiaçı əmək haqqina yönəldilmişdir. İddiaçı əmək haqqından 340 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şəhr edilənlərə və istinad olunan normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-yə kredit müqaviləsi üzrə Cavabdeh Tədbir oğlunun 340 manat kredit borcunu ödədiyi üçün Cavabdeh Tədbir oğlundan 340 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Tədbit oğlundan 340 manat borc pul və 20 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar