Məhkəmə qərarları › İş №2(026)-289/2020

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-289/2020

02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-289/2020 02.12.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1695,27 manat kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh xx xxxx 2019-cu il tarixli YSNPU-3299 saylı kredit müqaviləsi üzrə 1583,9 manat əsas, 93,47 manat faiz, 17,9 manat dəbbə borcu olmaqla, cəmi 1695,27 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək Cavabdeh xx xxxx 2019cu il tarixli YSNPU-3299 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikinə əsasən ödənişlərini davam etdirdiyini göstərərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı xx xxxx 2019-cu il tarixli YSNPU-3299 saylı kredit müqaviləsi üzrə 1583,9 manat əsas, 93,47 manat faiz, 17,9 manat dəbbə borcu olmaqla, cəmi 1695,27 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar