Məhkəmə qərarları › İş №2(026)-297/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-297/2023

24.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-297/2023 24.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Heydər oğlunun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Heydər oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları 6900 manat maddi zərərin müştərək qaydada alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Heydər oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları 6900 manat maddi zərərin müştərək qaydada alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Heydər oğlu məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini və mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İddiaçı Heydər oğlunun nümayəndəsi Vəkil ərizə təqdim edərək iddiadan imtina etdiklərini və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək mülki işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirdi. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək mülki işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Heydər oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları 6900 manat maddi zərərin müştərək qaydada alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar