Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-312/2022 30.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh ona məxsus 5,30 ha əkin sahəsinin otarılaraq yararsız hala salınmasına görə dəymiş 1580 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ona məxsus 5,30 ha əkin sahəsinin otarılaraq yararsız hala salınmasına görə dəymiş 1580 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Xilmilli kəndində yaşayır. Özünə və ailə üzvlərinə aid 10,05 ha əkinə yararlı pay torpaq sahələri vardır. Həmin torpağa dair JN-0055 kod ********* saylı dövlət aktı da vardır. Həmin torpaq sahəsini istifadə edir və arpa-buğda əkir. Həmin torpaq sahəsinin 5,30 hektarına payızlıq arpa əkmiş və aqrotexniki qaydada qulluq işləri də aparmışdır. Lakin həmin əkin sahəsinə Cavabdeh məxsus iri buynuzlu heyvanlar müxtəlif vaxtlarda və müxtəlif istiqamətlərdən daxil olaraq otlamış və tapdalayıb yararsız hala salmışdır. Nəticə də isə onun əkin sahəsinə maddi ziyan dəymişdir. Həmin sahəyə Xilmilli kənd icra nümayəndəsinin və kənd təsərrüfatı idarəsinin mütəxəssislərini apararaq sahəyə baxış keçirərək akt tərtib edilmiş və ona 1850 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Dəymiş ziyanı Cavabdeh dəfələrlə istəsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Özü müəyyən etmişdir ki, Cavabdeh məxsus 25 baş iribuynuzlu heyvanı var, Həsənalı əvvəllər ziyanı ödəyəcəyini bildirsə də, sonralar müsbət cavab verməmişdir. Ona görə də Cavabdeh iri buynuzlu heyvanlarının ona məxsus 5,30 hektar taxil sahəsinə girib yararsız hala salınması nəticəsində dəymiş 1850 manat ziyanın, ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı əkin sahəsi kəndin örüş sahəsinin yaxınlığında olduğu üçün kəndin də mal-qarası həmin sahəyə girir. Ona məxsus iri buynuzlu heyvanlar da İddiaçı əkin sahəsinə girmiş və çobanlar tərəfindən heyvanlar əkin sahəsindən çıxarılmışdır. Həmin əkin sahəsi tək ona məxsus heyvanlar tərəfindən deyil, kənd camaatına məxsus heyvanlar tərəfindən də tapdalanmışdır. X1 məhkəməyə izahat verərək göstərdi ki, Qobustan rayon DAİM-nin böyük sektorunun baş məsləhətçisi-aqronomu vəzifəsində işləyir. Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən və İddiaçı məxsus taxıl sahəsinə iri buynuzlu malqaranın girməsi, taxıl sahəsinin tapdanılaraq yararsız hala salınması nəticəsində İddiaçı 1850 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur. X2 məhkəməyə izahat verərək göstərdi ki, Mirzəyev X4 rayonunun Xilmilli kəndi ərazisində yerləşən özünə ailəsinə məxsus 5,30 hektar əkin sahəsində payızlıq arpa əkmiş və aqrotexniki qaydada qulluq işləri də aparmışdır. Lakin həmin əkin sahəsinə müxtəlif vaxtlarda və müxtəlif istiqamətlərdən Cavabdeh məxsus iri buynuzlu heyvanlar daxil olaraq otlamış və tapdalayıb yararsız hala salmışdır. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının torpağa mülkiyyət hüququna dair JN-0055 KOD 30712018 saylı dövlət aktının surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Qobustan rayonu Xilmilli kəndi ərazisindən 10,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayonu DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi Atamoğlan Eminov, DAİM-in bitkiçilik sektorunun məsləhətçisi Mirzəbəy Mirzəhmədov, Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Bayramov, Xilmilli bələdiyyəsinin sədri Namiq Mirzəyev, Xilmilli kənd sakinləri Eldar Əlləzov və İddiaçı tərəfindən 23 may 2022-ci il tarixdə tərtib edilmiş və Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, İddiaçı müraciəti ilə əlaqədar müəyyən olunmuşdur ki, Mirzəyev X4 rayonunun Xilmilli kəndi ərazisində yerləşən özünə və ailəsinə məxsus 5,30 hektar əkin sahəsində payızlıq arpa əkmiş və aqrotexniki qaydada qulluq işləri də aparmışdır. Lakin həmin əkin sahəsinə müxtəlif vaxtlarda və müxtəlif istiqamətlərdən iri buynuzlu heyvanlar daxil olaraq otlamış və tapdalayıb yararsız hala salmışdır. Müəyyən olundu ki, Xilmilli kənd sakini Cavabdeh iri buynuzlu heyvanlarının Qobustan rayon Xilmilli kəndi ərazidə İddiaçı və ailə üzvlərinə məxsus 5,30 hektar əkin sahəsini tapdalayıb yararsız hala salması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Həmçinin müəyyən olundu ki, əkin sahəsinə digər şəxslərin heyvanları tərəfindən də ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Həmin Məcəllənin 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.l-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 450 manat məbləğində dəymiş maddi ziyan, ödənilmiş 39 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 450 manat məbləğində dəymiş maddi ziyan, ödənilmiş 39 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-312/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-312/2022
30.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver