Məhkəmə qərarları › İş №2(026)-317/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-317/2022

15.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-317/2022 15.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh ona təhvil verilmiş avadanlığın 2277,40 manat dəyərində vəsaitin alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh ona təhvil verilmiş avadanlığın 2277,40 manat dəyərində vəsaitin alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhər Probasiya İdarəsi iddianı onunla əsaslandırmışdır ki, Qurbanov X3 rayon məhkəməsinin 1(026)-4/2020 saylı, 29 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın icrası Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. 01 aprel 2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru A.Yadigarova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd enerji götürücü qurğu, bir ədəd sadə elektron qolbaq, bir ədəd mobil qurğunun kabrosu məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiy və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 29 iyun 2021-ci il tarixdə Bakı şəhər Probasiya idarəsi tərəfindən cihaza baxış keçirilərkən mobil qurğunun arxa hissəsinə müdaxilə olunduğu müəyyən edilmişdir. Məhkum Y.M. Qurbanov 29 iyun 2021-ci il tarixdə idarədə olarkən izahatı alınmış, məhkum izahatında qeyd etmişdir ki, mobil qurğu yüksəklikdən düşərək yararsız vəziyyətə düşmüş, məhkum qurğunu təmir etməyə çalışmış və vintini dəyişmişdir. 17 sentyabr 2021- ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ENV-nin vəziyyəti ilə bağlı sorğu ilə müraciət edilmiş və bununla bağlı Məhkəmə Ekspertizası Mərkəzindən 22 oktyabr 2021-ci il tarixli 7570 saylı məktubla məlumat alınmışdır. Cavabdeh ona təhvil verilmiş avadanlığın 2277,40 manat dəyərində vəsaitin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: 1********) köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhər Probasiya İdarəsinin icra məmuru məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Qobustan rayon məhkəməsinin 1(026)-4/2020 saylı, 29 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın icrası Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. 01 aprel 2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru tərəfindən müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd enerji götürücü qurğu, bir ədəd sadə elektron qolbaq, bir ədəd mobil qurğunun kabrosu quraşdırılaraq ona təhvil verilmişdir. Üzərində olan mobil qurğu yüksəklikdən düşərək yararsız vəziyyətə düşmüş, qurğunu təmir etməyə çalışarkən isə vintini dəyişmişdir. Qurğunu ehtiyatsızlıqdan yararsız hala salmışdır. Dəymiş ziyanı hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Qobustan rayon məhkəməsinin 1(026)-4/2020 saylı, 29 iyul 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qobustan rayon məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 7(026)-10/2020 saylı qərarından görünür ki, Qobustan rayon məhkəməsinin 1(026)-4/2020 saylı, 29 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinə dəyişdirilməsinə icazə verilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 01 aprel 2021-ci il tarixli protokolunun surətindən görünür ki, ********* nömrəliu 01 ədəd elektron qolbağ, 01 ədəd "Attenti” markalı mobil nəzarət qurğusu, 01 ədəd mobil nəzarət qurğusunun enerji adapteri, 01 ədəd mobil nəzarət qurğusunun kabrosu təhkim olunmuş, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdıkdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. X1 Bakı şəhər Xəzər rayon İcra və Probasiya şöbəsinə yazdığı izahatda ona bir ədəd elektron qolbağ verildiyini və ona xidmət qaydalarının izah olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli 7570 saylı 21-1/3-7484 saylı məktub üzrə aparılan tədqiqat haqqında məlumatdan görünür ki, təqdim edilmiş bir ədəd predmetə baxış keçirildikdə arxa sağ yuxarı hissəsində olan vint digər vintlərdən formasına, ölçüsünə və s. əlamətlərinə görə fərqlənir, digər üç vintə aidiyyəti YOXDUR. Predmetin arxa hissəsindəki üç ədəd vintin üzərində isə kənar alətin təsirindən yaranmağa xarakterik cızılma izləri vardır. Lakin qeyd olunan izlərdə iz yaradan predmetin xüsusi əlamətləri əks edilmədiyindən həmin izlərin konkret olaraq hansı alətin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Qeyd edilən iz və dəyişikliyin yaranması müdaxilə zamanı da mümkündür. Qurğunun dəyəri 2277,40 manat təşkil edir. Müəyyən olundu ki, Qurbanov X3 rayon məhkəməsinin 1(026)-4/2020 saylı, 29 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın icrası Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. 01 aprel 2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsi tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd enerji götürücü qurğu, bir ədəd sadə elektron qolbaq, bir ədəd mobil qurğunun kabrosu Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 29 iyun 2021-ci il tarixdə Bakı şəhər Probasiya idarəsi tərəfindən cihaza baxış keçirilərkən mobil qurğunun arxa hissəsinə müdaxilə olunduğu müəyyən edilmişdir. Məhkum Y.M. Qurbanov 29 iyun 2021-ci il tarixdə idarədə olarkən izahatı alınmış, məhkum mobil qurğu yüksəklikdən düşərək yararsız vəziyyətə düşdüyünü, qurğunu təmir edərkən vintini dəyişdiyini göstərmişdir. Həmin qurğunun dəyəri 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ona təhvil verilmiş avadanlığın dəyəri olan 2277,40 manat alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: 1********) köçürülməlidir. Cavabdeh 42,77 manat dövlət rüsumu tutulub Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ona təhvil verilmiş avadanlığın dəyəri olan 2277,40 manat alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: 1********) köçürülsün. Cavabdeh 42,77 manat dövlət rüsumu tutulub Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar