Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-318/2022 10.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aralarında 10 mart 2018-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 17500 manat əsas borc və 142,50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aralarında 10 mart 2018-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 17500 manat əsas borc və 142,50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun dayısı oğlunun yaxın dostudur. Ona görə də Farizə inanaraq ona 18000 manat borc pul vermişdir. Borc müqaviləsi Bakı şəhəri 8 saylı notariat kontorunda 10 mart 2018-ci il tarixli tarixdə rəsmişləşdirilmişdir. O, notariat kontoruna Fariz və Farizin atası Ariflə birlikdə getmişdir. Həmin müqavilənin şərtlərinə əsasən Fariz borcu 10 dekabr 2018-ci il tarixinə qaytarmalı idi. Dəfələrlə borcunu istəməyinə baxmayaraq Fariz yazda heyvanlarının arıq olduğundan sata bilmədiyi üçün ondan vaxt istəmiş, payızda isə heyvanın yaylaqdan qayıdarkən satıb pulunu verəcəyini bildirmişdir. Lakin Fariz bu günə kimi borcunu tam ödəməmişdir. 2021-ci ilin may ayında 200 və 300 manat olmaqla, cəmi 500 manat pul ödəmişdir. Bundan sonra, borcun qaytarılması ilə əlaqədar Cavabdeh dəfələrlə deməsinə baxmayaraq borcu qaytarmamışdır. Ona görə də Cavabdeh aralarında bağlanmış 10 mart 2018-ci il tarixli borc müqaviləsinə əsasən 17500 manat əsas borc və 142,50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh vəkili və nümayəndəsi X4 iddianı qəbul etməyərək və məhkəməyə ərizə təqdim edərək bildirdi ki, İddiaçı ona qarşı 17500 manat əsas borc tələbinə dair iddiası tam əsassızdır. Belə ki, 18000 manata dair borc müqaviləsi İddiaçılə Farizin atası Arif Qədirov arasında olan 30000 manat borca aiddir, həmin borcla əlaqədar Qaradağ rayon məhkəməsində işə baxılmışdır. Müqavilələr üzrə iddia müddəti üç il olduğundan və iddiaçı iddia vermək müddətini buraxdığından iddiadan imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Bakı şəhəri 8 saylı notariat kontorunda reyestrdə 3M-49 nömrə ilə qeydə alınmış 10 mart 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında 10 mart 2018-ci il tarixdə borc müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh 18000 manat borc pul vermiş, borc alan Cavabdeh 10 dekabr 2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Cavabdeh tərəfindən 2021-ci ilin may ayında iki dəfəyə iddiaçıya 500 manat pul qaytarılmasını təksib edən heç bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, 2021-ci ilin may ayında İddiaçı 500 manat qaytarılması borcun etirafıdır və iddia müddəti axınının kəsilməsinə səbəb olmuşdur. Müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 8 saylı notariat kontorunda 10 mart 2018-ci il tarixli tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən 10 dekabr 2018-ci il tarixinə qaytarmaq şərtilə İddiaçı Cavabdeh 18000 manat pulu borc vermiş, borc alan Cavabdeh 10 dekabr 2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcdan 2021-ci ilin may ayında iki dəfəyə 500 manat qaytarmışdır. Cavabdeh İddiaçı olan qalan borcunu bu günə kimi qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 17500 manat borc məbləği və 142,50 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17500 manat borc məbləği və 142,50 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mirələm Quliy
Məhkəmə qərarları › İş №2(026)-318/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-318/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver