Məhkəmə qərarları › İş №2(026)-322/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-322/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-322/2021 09.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh 53,51 manat əsas, 3,06 manat faiz, 0,89 manat müqavilə bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 57,46 manat məbləğində kredit borcu, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh 53,51 manat əsas, 3,06 manat faiz, 0,89 manat müqavilə bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 57,46 manat məbləğində kredit borcu, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək borclu Cavabdeh tərəfindən banka olan borcun tam ödənildiyini göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh 53,51 manat əsas, 3,06 manat faiz, 0,89 manat müqavilə bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 57,46 manat məbləğində kredit borcu, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar