Məhkəmə qərarları › İş №2(026)-331/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-331/2021

17.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-331/2021 17.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu İddiaçı cavabdeh X1 qarşı çirkab suların axıdılması üçün evin arxasında quraşdırılmış plastmast boruların və tikililərin sökülməsi və 3000 manat dəymiş ziyanın cavabdehdən alınması tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X1 qarşı çirkab suların axıdılması üçün evin arxasında quraşdırılmış plastmast boruların və tikililərin sökülməsi və 3000 manat dəymiş ziyanın cavabdehdən alınması tələbinə dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edildi ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-in 150.0.1-ci və 150.0.2-ci maddəsinin tələblərinə riayət edilməmiş, cavabdehin yaşayış yeri barədə DİN-nin MAPS arayışı və ya müvafiq yerli icra hakimiyyəti orqanının yaşayış yeri barədə arayışı ərizəyə əlavə edilməmiş və 30 manat dövlət rüsumu ödəməli olduğu halda 20 manat dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263 və 264-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı çirkab suların axıdılması üçün evin arxasında quraşdırılmış plastmast boruların və tikililərin sökülməsi və 3000 manat dəymiş ziyanın cavabdehdən alınması tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra cavabdehin yaşadığı yer üzrə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar