Məhkəmə qərarları › İş №2(026)-332/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-332/2024

25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-332/2024 25.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, iddiaçı X2 nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X8 22 oktyabr 2013-cü il tarixdə anadan olmuş X19, 23 aprel 2016-cı ildə anadan olmuş X13 və 23 aprel 2016-cı il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X8 iddianı onunla əsaslandırmışdır ki, Qobustan rayon məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(026)-38/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 22 oktyabr 2013-cü ildə anadan olmuş X19, 23 aprel 2016-cı ildə anadan olmuş X14 və 23 aprel 2016-cı ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 330 manat miqdarında aliment tutulub ona verilməsi qət edilmişdir. Hazırda uşaqlar böyüdüyü üçün məsrəfləri yetərincə artmışdır. Uşaqların saxlanılması və normal təhsil alması üçün əlavə xərclər lazımdır. O, isə bütün xərcləri təkbaşına qarşılamaq qabiliyyətində deyil. Ona görə də 22 oktyabr 2013-cü ildə anadan olmuş Nuray, 23 aprel 2016-cı ildə anadan olmuş Aynur və 23 aprel 2016-cı ildə anadan olmuş Rüzgarın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat miqdarında aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı X2 nümayəndəsi X7 izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Qobustan rayon məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(026)-38/2020 saylı qətnaməsi ilə ondan övladları 22 oktyabr 2013-cü ildə anadan olmuş X19, 23 aprel 2016-cı ildə anadan olmuş X14 və 23 aprel 2016-cı ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində aliment alınıb X3 ödənilməsi qət edilmişdir. Heç bir yerdə işləmir, lakin çətinliklə də olsa hər ay 330 manat aliment pulunu ödəyir. Hazırda tələb olunan alimentin miqdarı çox olduğuna görə ödəyə bilməyəcəyini göstərərək alimentin miqdarının artırılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin 2(026)-38/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, 22 oktyabr 2013-cü ildə anadan olmuş X19, 23 aprel 2016-cı ildə anadan olmuş X14 və 23 aprel 2016-cı ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində aliment alınıb X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 177893 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 22 oktyabr 2013-cü il tarixdə Qobustan şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X5r. İş materiallarında olan Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 760968 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 23 aprel 2016-cı il tarixdə Qobustan şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X5r. İş materiallarında olan Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 760969 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 23 aprel 2016-cı il tarixdə Qobustan şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X5r. Mediasiya prosesinin 20 may 2024-cü il tarixli arayışında göstərilir ki, X9 alimentin miqdarının artırılması üçün müraciət etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Müəyyən olundu ki, Qobustan rayon məhkəməsinin 2(026)-38/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə 22 oktyabr 2013-cü ildə anadan olmuş X19, 23 aprel 2016-cı ildə anadan olmuş X14 və 23 aprel 2016-cı ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində aliment alınıb X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qobustan rayon məhkəməsinin 2(026)-38/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 22 oktyabr 2013-cü ildə anadan olmuş X19, 23 aprel 2016-cı ildə anadan olmuş X14 və 23 aprel 2016-cı ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 manat sabit pul məbləğində aliment alınıb X6 verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 77,60 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qobustan rayon məhkəməsinin 2(026)-38/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hər ay hər uşağa 160 manat sabit pul məbləğində aliment tutulub 22 oktyabr 2013-cü ildə anadan olmuş X19, 23 aprel 2016-cı ildə anadan olmuş X14 və 23 aprel 2016-cı ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 77,60 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar