Məhkəmə qərarları › İş №2(026)-347/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-347/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-347/2023 14.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 22 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1946,18 manat əsas borc, 75,95 manat faiz borcu və 18,50 manat cərimə borcu olmaqla, cəmi 2040,63 manat borcun tutulması, Cavabdeh İddiaçı ASC-in seyrinə 30 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2663,81 əsasən borc, 201,71 manat faiz borcu və 61,62 manat cərimə borcu olmaqla, cəmi 2927,14 borcun və 69,68 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 22 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1946,18 manat əsas borc, 75,95 manat faiz borcu və 18,50 manat cərimə borcu olmaqla, cəmi 2040,63 manat borcun tutulması, Cavabdeh İddiaçı ASC-in seyrinə 30 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2663,81 əsasən borc, 201,71 manat faiz borcu və 61,62 manat cərimə borcu olmaqla, cəmi 2927,14 borcun və 69,68 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi məlumatlarında, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS arayışında və iddia ərizəsində Cavabdeh Bakı şəhəri, Qobustan qəsəbəsi, Qaradağ küçəsi ev 21 A-da qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ərizəyə əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 36, 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 22 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1946,18 manat əsas borc, 75,95 manat faiz borcu və 18,50 manat cərimə borcu olmaqla, cəmi 2040,63 manat borcun tutulması, Cavabdeh İddiaçı ASC-in seyrinə 30 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2663,81 əsasən borc, 201,71 manat faiz borcu və 61,62 manat cərimə borcu olmaqla, cəmi 2927,14 borcun və 69,68 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar