Məhkəmə qərarları › İş №2(026)-355/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-355/2022

12.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-355/2022 12.10.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh 2,50 hektar əkin sahəsinin otarılaraq yararsız hala salınmasına görə ona dəymiş 380 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 2,50 hektar əkin sahəsinin otarılaraq yararsız hala salınmasına görə ona dəymiş 380 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Tərəflər 26 sentyabr 2022-ci il tarixə saat 15:00-a, 06 oktyabr 2022-ci il tarixə saat 12:20də və 12 oktyabr 2022-ci il tarixə saat 12-30-a təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İşə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh 2,50 hektar əkin sahəsinin otarılaraq yararsız hala salınmasına görə ona dəymiş 380 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar