Məhkəmə qərarları › İş №2(026)-37/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-37/2023

15.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-37/2023 15.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat birliyinə qarşı “Azəriqaz” X2 Regional qaz İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat birliyinə qarşı “Azəriqaz” X2 Regional qaz İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Cəyirli kəndində yaşayır. Kommunal ödənişləri vaxtlı vaxtında ödəmişdir. 2022-ci ilin aprel ayında Qobustan rayonu qaz idarəsindən işçilər gələrək onun yaşadığı evdə quraşdırılmış abonent kodu **********00760 olan qaz sayğacını dəyişdirəcəklərini ona bildirərək həmin günü sayğacı yenisi ilə dəyişdilər. Evindən açılan sayğacda heç bir müdaxilə halı aşkarlanmadığını müəyyən edərək ona sayğacda heç bir problem olmadığını dedilər. Həmin vaxtdan altı ay sonra ona məktub göndərilərək həmin məktubda sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən aralandığı üçün 1036,80 manat cərimə edildiyi bildirilmişdir. Onun sayğacında hər ay sərfiyyat olub, nəzarətçi də bildiriş verib o da pulun ödəmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq “Azəriqaz” İstehsalat Birliyinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktında G-4 markalı **********7 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı guya gövdədən aralanıb və təbii qaz itkisi yaranmışdır və həmin akta əsasən 1036,80 manat məbləğində cərimə edildiyi bildirilmişdir. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə görə həmin sayğacda olan hər-hansı qüsura görə abunəçi olaraq məsuliyyət daşımır, Çünki həmin sayğac qaz işçiləri tərəfindən açılıb götürülənədək işlək vəziyyətdə olmuşdur, o da qaz pulunu vaxtında ödəmişdir, bu barədə ödəmə qəbzləri vardır. Onun tərəfindən sayğaca müdaxilə olunmayıb. Ona görə də “Azəriqaz” X2 Regional qaz İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat birliyinin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 26 aprel 2022-ci il tarixində ’Azəriqaz” X2 RQİİ-nin Qobustan XSnin əməkdaşları Qobustan rayonu Cəyirli kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 26 aprel 2022-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı **********7 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Açıldıqdan 6 ay sonra sayğacın yoxlanılması laboratoriyada işlərin çoxluğu ilə əlaqədardır. Laboratoriyada tərtib edilmiş 29/1710-03085-1 saylı 30 sentyabr 2022-ci il tarixli aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır və təbii qaz itkisi yaranması göstərilmişdir. Həmin akta əsasən İddiaçı yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 17 oktyabr 2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə ‘Azəriqaz” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində 24 oktyabr 2022-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Qobustan XS-nin abonent bazasındakı **********00760 nömrəli abonent koduna 8640 m3-1036,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. X.R. Əlizadə həmçinin göstərdi ki, şikayətçinin evinə quraşdırılmış 26 aprel 2022-ci il tarixdə açılaraq götürülmüş və laboratoriya tərəfindən müəyyən edilmiş qoruyucu qapağın gövdədən tamamı ilə aralanması kimi qüsur gözlə görünəndir. Sayğacın açılmasına dair aktda bu qüsurun göstərilməməsinin səbəbini bilmir. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməsini, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 26 aprel 2022-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, həmin tarixdə Qobustan rayonu Cəyirli kənd sakini İddiaçı yaşayış evinə quraşdırılmış G4 markalı **********7 nömrəli qaz sayğacı Ağsu RQİİ-in Qobustan XS-in əməkdaşları tərəfindən açılaraq götürülmüş, əvəzinə yeni sayğac quraşdırılmış və həmin aktda açılıb götürülən sayğaca kənar müdaxilə olunması barədə heç bir qeyd edilməmişdir. “Azəriqaz” İB-in meteorologiya departamentinin qaz sayğacının yoxlanılması barədə 30 sentyabr 2022-ci il tarixli 29/1710-03085-1 saylı aktda göstərilir ki, Ağsu RQİİ-in tərəfindən 29 sentyabr 2022-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş **********7 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərf qeydə alınmır, sayğac istismara yararsızdır. Ağsu Regional qaz İstismarı İdarəsinin Qobustan XS-nin 17 oktyabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktında göstərilir ki, İddiaçı mənzilində PQ 4 qaz plitəsi, dəmir peçdən 1 ədəd qaz sobası vardır. Ağsu Regional qaz İstismarı İdarəsinin 24 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, İddiaçı mənzilindən açılıb götürülmüş **********7 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən aralandığı üçün qaz işlədicilərinin maksimal saatı qaz sərfi 4 kubmetr/ saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz 8640 kubmetr müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş abonent nömrəsi **********00760 olan İddiaçı adına olan 2021-2022-ci illərin qaz sərfinə dair abonentin saldosundan görünür ki, sayğac hər ay qaz sərfiyyatını yazmış, İddiaçı hər ay sərf edilmiş qazın dəyərini ödəmişdir. Müəyyən olundu ki, 26 aprel 2022-ci il tarixdə “Azəriqaz” X2 RQİİ-nin Qobustan XS-nin əməkdaşları Qobustan rayonu Cəyirli kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 26 aprel 2022-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Lakin həmin aktda “Azəriqaz” X2 RQİİ-nin nümayəndəsinin də etiraf etdiyi kimi gözlə görünə bilən qüsur barədə heç bir qeyd edılməmiş, çıxarılmış sayğac 26 aprel 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixə kimi Ağsu RQİİ-də saxlanılmış, lakin hansı şəraitdə saxlanılması barədə və “Azəriqaz” İstehsalat Birliyinin 29 sentyabr 2022-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin meteorologiya departamentinə hansı vəziyyətdə təhvil verilməsinə dair heç bir sənəd tərtib edilməmiş, cavabdeh tərəfindən Elster-G4 markalı **********7 nömrəli qaz sayğacına abonentin müdaxiləsini təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmadına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətində saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.l-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Azəriqaz” X2 Regional qaz İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli ******* saylı aktı etibarsız hesab edilməli və akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimə silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla cavabdeh “Azəriqaz” X2 Regional qaz İstismarı İdarəsindən 30 manat 36 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X2 Regional qaz İstismarı İdarəsinin Qobustan Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2022-ci il tarixli ******* saylı aktı etibarsız hesab edilsin və akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimə silinsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla cavabdeh “Azəriqaz” X2 Regional qaz İstismarı İdarəsindən 30 manat 36 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar