Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-37/2024 17.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7516 manat əsas, 1379,54 manat faiz, 220,45 manat cərimə borcu olmaqla, cəmi 9115,99 manat borun və 111,16 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7516 manat əsas, 1379,54 manat faiz, 220,45 manat cərimə borcu olmaqla, cəmi 9115,99 manat borun və 111,16 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli 384micİNSH/22-EM saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 20% ödəmək şərti ilə 7516 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi üçün cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borcu ödəməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7516 manat əsas, 1379,54 manat faiz, 220,45 manat cərimə borcu olmaqla, cəmi 9115,99 manat borun və 111,16 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 izahat verərək göstərdi ki, "xxxx" KB ASC ilə arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 36 ay müddətinə illik 20% ödəmək şərti ilə 7516 manat məbləğində kredit götürmüşdür. Banka olan borcunu əvvəllər ödəsə də sonradan insult keçirdiyinə görə ödəyə bilməmişdir. Banka olan borcu hissə-hissə ödəyəcəkdir. Cavabdeh3 izahat verərək göstərdi ki, Cavabdeh1 ilə "xxxx" KB ASC ilə arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan Cavabdeh1 7516 manat məbləğində kredit verilmişdir. O, da Nisəyə bank qarşısında zamin olmuşdur. Bu barədə bankla aralarında zaminlik müqaviləsi bağlanmışdır. Banka olan borcu hissəhissə ödəyəcəklər. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli 384micİNSH/22-EM saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 20% ödəmək şərti ilə 7516 manat məbləğində kredit verilmişdir. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 384micİNSH/22 saylı və zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" Kommersiya Bankı ASC-in 01 may 2023-cü il tarixli bildirişdən görünür ki, ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin heç bir ödəniş edilməmişdir. Müəyyən edildi ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli 384micİNSH/22-EM saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 20% ödəmək şərti ilə 7516 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi üçün cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borcu ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7516 manat əsas, 1379,54 manat faiz, 220,45 manat cərimə borcu olmaqla, cəmi 9115,99 manat borc və 111,16 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7516 manat əsas, 1379,54 manat faiz, 220,45 manat cərimə borcu olmaqla, cəmi 9115,99 manat borc və 111,16 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-37/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-37/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver