Məhkəmə qərarları › İş №2(026)-371/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-371/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-371/2021 14.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 6718,88 manat əsas, 38,67 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış 22 avqust 2019-cu il tarixli 108.LN.1676.220819.00001 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 01 faiz ödəmək şərti ilə 6939,25 manat kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən 22 avqust 2019-cu il tarixində bankla Cavabdeh2 arasında 108.CL.220819.00001/a saylı, Cavabdeh3 ilə isə 108.CL.220819.00001/b saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi müraciət olunmasına, habelə **********365 saylı, 08 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 6718,88 manat əsas, 38,67 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış 22 avqust 2019-cu il tarixli 108.LN.1676.220819.00001 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 01 faiz ödəmək şərti ilə 6939,25 manat kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən 22 avqust 2019-cu il tarixində bankla Cavabdeh2 arasında 108.CL.220819.00001/a saylı, Cavabdeh3 ilə isə 108.CL.220819.00001/b saylı zaminlik müqavilələri bağlanmışdır. Borcun ödənilməsi barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 aralarında bağlanmış 22 avqust 2019-cu il tarixli 108.LN.1676.220819.00001 saylı kredit müqaviləsində göstərilir ki, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 01 faiz ödəmək şərti ilə 6939,25 manat kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 22 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən göstərilir ki, bankla Cavabdeh2 arasında 108.CL.220819.00001/a saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 22 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən göstərilir ki, Cavabdeh3 ilə bank arasında isə 108.CL.220819.00001/b saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş 08iyun 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 6718,88 manat əsas, 38,67 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 6718,88 manat əsas, 38,67 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar