Məhkəmə qərarları › İş №2(026)-373/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-373/2023

07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-373/2023 07.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh 03 iyul 2021-ci il tarixdə anadan olmuş övladı Siracın yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 03 iyul 2021-ci il tarixdə anadan olmuş övladı Siracın yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasına dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 26 may 2020-ci ildə Cavabdeh ilə evlənmiş, 03 iyul 2021-ci il tarixdə Sirac adlı bir övladları anadan olmuşdur. Aralarında olan münasibət pozulmuşdur. Bu səbəbdən də Samidən ayrılıb valideynlərinin yanına gəlmişdir. Sirac onun yanındadır. Qobustan rayon məhkəməsinin 18 yanvar 2(026)- 27/2022 sayı qətnaməsi ilə 03 iyul 2021-ci il tarixdə anadan olmuş Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Samir işlədiyinə görə aliment əmək haqqına yönəldilmişdir və alimenti hər ay ödəyir. Lakin 130 manatla uşağın tələbatını ödəmək onun üçün çətindir. Sirac xəstədir, onu müalicə etdirir, hazırda 319 manatlıq dərman yazılıb. Ona görə də aliment miqdarının artırılaraq 03 iyul 2021-ci il tarixdə anadan olmuş övladım Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün Samirdən hər ay 220 manat sabit pul məbləğində aliment alınıb ona verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə 26 may 2020-ci il tarixdə evlənmişlər, nikahlarını rəsmiləşdirməmişlər. 29 noyabr 2020-ci tarixədək Aytacla birlikdə ər-arvad kimi yaşamışlar. 29 noyabr 2020-ci ildən Aytac ondan ayrılıb Qobustan şəhərində yaşayan anasının yanına qayıtmışdır. 03 iyul 2021-ci il tarixdə anadan olmuş Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat aliment ödəyir. Ailələri 5 nəfərdən ibarətdir heç kim işləmir, tək işləyən odur. Ona görə də alimentin miqdarının 10 manat artırılaraq 140 manat olmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qobustan rayon məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(026)-27/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 03 iyul 2021-ci il tarixdə anadan olmuş Siracın atası olması faktı müəyyən edilmiş və 03 iyul 2021-ci il tarixdə anadan olmuş Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon Qeydiyyat şöbəsinin verdiyi 25 fevral 2022-ci il tarixli AZ-İV 644185 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 iyul 2021-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mediasiya prosesinin 07 iyun 2023-cü il tarixli arayışında göstərilir ki, İddiaçı alimentin miqdarının artırılması üçün müraciət etmiş, Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən mübahisəni davam etdirmək mümkün olmamışdır. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı tərəfindən ödənilmişdir. Müəyyən olundu ki, Qobustan rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(026)- 27/2022 saylı qətnaməsi ilə 03 iyul 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağı qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 03 iyul 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 56 manat 40 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 iyul 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 56 manat 40 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar