Məhkəmə qərarları › İş №2(026)-389/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-389/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-389/2021 21.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyana görə 1280 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh özünə məxsus üç baş iri buynuzlu heyvanı 31 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində sutkanın qaranlıq vaxtında asfalt-beton örtüklü avtomobil yoluna buraxdığından ona məxsus "Mersedes" markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomaşına 1280 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobilə hadisə zamanı dəymiş zərər 1280 manat məbləğində müəyyən edilsə də, həmin ziyan Cavabdeh tərəfindən ödənilməmişdir. X1 ona dəymiş zərəri könüllü ödəmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun avtomaşınına vurulmuş maddi ziyana görə 1280 manat və 30 manat ödənilmiş dövlət rüsumu alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh X2 izahatında göstərdi ki, ona məxsus üç baş iri buynuzlu heyvanlar 31 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində sutkanın qaranlıq vaxtında asfalt-beton örtüklü avtomobil yoluna çıxmış və İddiaçı məxsus "Mersedes" markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan vurmuşdur. İddiaçı dəymiş maddi ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilmir. Həmin borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 3(026)-192/2021 saylı qərarın surətində göstərilir ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Göyçay "xxxx" MMC-nin 02 sentyabr 2021-ci il tarixli aktında göstərilir ki, "Mersedes" markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçı avtomobilin -1 ədəd 250 manat dəyərində qabaq kapot, 1 ədəd 25 manat dəyərində petlə kapot, 1 ədəd 150 manat dəyərində sol qanad, 1 ədəd 150 manat dəyərində sol fara, 1 ədəd 15 manat dəyərində sol pavarotnik, 1 ədəd 60 manat dəyərində sol yan güzgü, 1 ədəd 30 manat dəyərində bufer nikeli, 1 ədəd 15 manat dəyərində podkrelnik, 1 ədəd 40 manat dəyərində su baçoku, 1 ədəd 10 manat dəyərində fara bağı, 1 ədəd 15 manat dəyərində bufer xizəyinin sıradan çıxması, 250 manat dəmirçi xərci, 250 manat rəngsaz və 20 manat elektrik xərci olmaqla, cəmi 1280 manat maddi ziyan dəymişdir. Müəyyən olundu ki, Cavabdeh məxsus üç baş iri buynuzlu heyvanların 31 avqust 2021ci il tarixdə saat 21:00 radələrində sutkanın qaranlıq vaxtında asfalt-beton örtüklü avtomobil yoluna çıxması nəticəsində İddiaçı məxsus "Mersedes" markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomaşına 1280 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksəkgərginlik elektrik enerjisindən və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna idarə etibamamə üzrə və i a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi ziyana görə 1280 manat və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 1280 manat və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar