Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-39/2021 17.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı Bank xxxx Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank xxxx Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Bank xxxx ASC-in xeyrinə 1545,39 manat əsas, 10,23 manat faiz borcu olmaqla, ümumilikdə 1555,62 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank xxxx Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, Bank xxxx ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli RPF-00870-16/19A saylı krediti müqaviləsinə əsasən Cavabdeh illik 1 faiz hesablanmaq şərtilə, 60 ay müddətinə 1713,01 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kreditdən banka bağlanmış MK-00905-06/15U saylı xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxxxx 2024-cü il tarixinədək faizlə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00870-16/19A saylı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi, telefon vasitəsi ilə və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən qərəzli olaraq yayınmışdır. Ona görə də iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-ci il tarixli RPF-00870- 16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh Bank xxxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1545,39 manat əsas, 10,23 manat faiz borcu olmaqla, ümumilikdə 1555,62 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Bank “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən edildi ki, iddiaçı Bank xxxx ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli RPF-00870-16/19A saylı krediti müqaviləsinə əsasən Cavabdeh illik 1 faiz hesablanmaq şərtilə, 60 ay müddətinə 1713,01 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kreditdən MK-00905-06/15U saylı xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxxxx 2024-cü il tarixinədək faizlə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00870-16/19A saylı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavə müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli RPF-00870-16/19A saylı krediti müqaviləsindən görünür ki, Cavabdeh illik 1 faiz hesablanmaq şərtilə, 60 ay müddətinə 1713,01 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əsasən Cavabdeh MK-00905-06/15U saylı xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxxxx 2024-cü il tarixinədək faizlə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş RPF-00870-16/19A saylı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00870-16/19A saylı xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavə müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli HASF-2020/01075 saylı bildirişdə göstərilir ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-ci il tarixli RPF-00870- 16/19A saylı kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh 1545,39 manat əsas, 10,23 manat faiz borcu olmaqla, ümumilikdə 1555,62 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı alınıb Bank xxxx ASC-in xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı arasında bağlanmış xx xxxxxx 2019-ci il tarixli RPF-00870-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1545,39 manat əsas, 10,23 manat faiz borcu olmaqla, ümumilikdə 1555,62 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı alınıb Bank xxxx ASC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-39/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-39/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver